Gəl mənimlə...

46 4 0
                                    

Gəl mənimlə əl-ələ,
Hər şeyə gülə-gülə
Bu dünyanı dolaşaq,
Dənizlər üzüb keçək,
Uca dağları aşaq
Küləklərlə yarışaq,
Hey küsək, hey barışaq,
Gedək biz hara gəldi!
Bu həyat nə gözəldir!
Qayğı çəkməyə dəyməz,
Mənimlə qayğısız gəz
Və məqsədsiz gəl ərə.
Bal ayına ikimiz
Gedək sıx meşələrə.
Ağaclarda ev quraq,
Yarpaqla bəzək vuraq,
Şəlalələrdə çimək,
Biz Günəşdə isinək,
Qürubu seyr edərkən,
Nə danışaq, nə dinək.
Özümüzçün yaşayaq.
İkimizin yükünü,
İkilikdə daşıyaq.
Təbiətdə yaşayıb,
Təbiətə qarışaq.

Şe'rlərWhere stories live. Discover now