~ Bölüm 2 ~

82 44 37
                                    

16 noyabr 1950 - ci il.

Bu gün London da insanların sıxlığı müşahidə olunurdu. Çünki Belçikalı iş adamı Viktor Simon bu gün Londona gələcəkdi. Bütün insanlar onu görmək üçün London aeroportuna yaxın yerə toplaşmışdılar. İngiltərənin məşhur televiziya kanalları buradan canlı yayım açaraq Viktor Simonun gəlişini insanlara televiziya vasitəsilə çatdırırdı.

Müxbir: Və, budur təyyarə artıq yerə eniş etdi.

Hamı səbirsizliklə təyyarənin qapısının açılmasını gözləyirdi. Təyyarənin qapısı açıldı, içəridən Viktor Simon çıxaraq şəhər əhalisini salamladı. Aeroportun yaxınlığını insanların uğultusu götürdü. Birdən silah səsi eşidildi. İnsanlar təşviş içində qaçmağa başladılar.

Müxbir: Viktor Simon vuruldu! Viktor Simon vuruldu.

Polis təcili olaraq əhalini buradan uzaqlaşdırdı. Viktor Simon isə təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldı.

Gecə Ovçusu Onde as histórias ganham vida. Descobre agora