~ Bölüm 5 ~

41 12 14
                                    

19 noyabr 1950 - ci il 11:05 London. Merton rayonu. Beyker- strit 87.

Bu ünvan da 50 - ci illərin zadəgan ⚜️ qadınlarından sayılan Edvina Anderson yaşayırdı. Atasının ölümündən sonra ona qalan miras sayəsində gənc yaşında Londonun ən varlı qadınlarından olmuşdur. Çox əzəmətli malikanədə xidmətçisi Sofiya Turnerlə bərabər yaşayırdılar. Sofiya 2 - ci dünya müharibəsində Bolqarıstandan ,  İngiltərəyə məcburi olaraq köçmüçdür. Burada bir müddət yaşadıqdan sonra Xanım Edvina Andersonla tanış olmuşdur. Xanım Edvina isə onu öz xidmətçisi etmişdir. Edvina Anderson qəzetlərdə yazılan son xəbərlərdən sonra ictimaiyyətdən biraz uzaqlaşmışdı. Onun fikrincə Londonda peyda olmuş sui - qəsdçinin hədəfi ola bilərdi.

19 noyabr 1950 - ci il London 12:45

Darko " The Grenadier" adının yazılmış olduğu kağız parçasını "Arrow" - a verdi.

Darko : Birazdan burada yazılan ünvanda yerləşən bara gedəcəksən. Orada , Benito Rossi adında İtalyan Barmen var. Onunla görüşəcəksən. Bizim sursatımız qurtarıb. O , sənə yetəri qədər sursat verəcək. Mən səni barın yerləşdiyi yerdən 30 metr aralıda qara rəngli "Ferrari 250" markalı maşın da gözləyəcəyəm. Sabah isə biz Edvinanın sui - qəsd planını həyata keçirmək üçün hərəkətə keçəcəyik.

"Arrow" : Yaxşı Darko onda vaxt itiməyək mən bu dəqiqə bu bara gedirəm.

19 noyabr 1950 - ci il. London. 13:30.
"The Grenadier" London. Kinqston Rayonu. "Olimpiya Yolu" küçəsi. 75

"Arrow" bara daxil olduqdan sonra ətrafa göz gəzdirdi. Yanından keçən ofisiantdan Benito Rossinin kim olduğunu soruşdu. Ofisiant əli ilə qarşısı insanlarla dolu olan " içkilər sahəsi " ni göstərdi. "Arrow" ağır addımlarla Benitoya yaxınlaşdı.

"Arrow" : Ey Dostum səni bir dəqiqəlik olar?

Benito əlindəki stəkanı stolun üstünə qoyaraq "Arrow" a  doğru yaxınlaşdı.

Benito Rossi : Buyrun eşidirəm.

"Arrow" : Məni bura Darko Belic göndərib.

Benito Rossi : Başa düşdüm bəs pul hazırdır?

"Arrow" Əlində ki pul ilə dolu olan çamadanı Benitoya uzatdı. Benito çamadanı "Arrow" dan aldıqdan sonra ona , onun arxasınca gəlməyini söylədi. Hər ikisi otağa daxil oldu. Benito otaqda olan şkafa yaxınlaşdı. Şkafın qapısını açaraq , şkafın içindəki taxtadan hazırlanmış qutunu  "Arrow" a tərəf uzatdı.

Benito Rossi : Bunun içində 200 snayper , 300 ədəd mərmi isə avtomatik silah üçün istifadə olunmalıdır.

"Arrow" qutunu Benito'dan alaraq , Benitonun göstərdiyi gizli çıxışdan çıxaraq Darkonun təyin etdiyi yerə getdi.



                                 ~ Bölüm Sonu ~

Bölüm haqqında hər kəs öz fikrini yazsın.

Təşəkkürlər ❤🖤🙏🏻

Gecə Ovçusu Where stories live. Discover now