~ Bölüm 7 ~

17 5 5
                                    

20 noyabr 1950 - ci il. 19:35 London.

Merton rayonu. Beyker - strit 87.

Bu gün Londonda narın yağış yağırdı, amma hava o qədər də soyuq deyildi. Belə hava Edvinanın çox xoşuna gəlirdi. O, onları gözləyən təhlükədən xəbərsiz Sofiya ilə malikanənin bağçasında söhbətləşir, ətrafı dolanırdı. "Arrow" snayperin dürbini ilə qarşıdakı binanın ən yüksək mərtəbəsindən onları gözətləyirdi. "Arrow" nə qədər yaxşı snayperçi olsada havanın yağışlı olmağı hədəfinin hansının Edvina olduğunu ayırd etməyə mane olurdu. "Arrow" bu dəfə nədənsə daha çox həyəcanlı idi. Dərin havanı ciyərlərinə doldurduqdan sonra ehmalca nəfəsini geri buraxdığında əlini tətiyə aparmışdı. Bir göz qırpımında silahdan çıxan güllə xidmətçi Sofiyanın kürəyinə dəydi. Xanım Edvina nə olduğunu anlamırdı. Sofiya yerdə qanlar içində idi. Xanım Edvina nə qədər qorxsa və narahat olsa da özünü itirmədi. Çətinliklə də olsa evə aparmağı bacardığı Sofiyanı döşəməyə uzadaraq tez telefona uzandı.  Titrəyən barmaqları ilə təcili yardıma zəng etdikdən sonra polisi də mövzu ilə bağlı xəbərdar etməyi ehmal etmədi. Bir neçə dəqiqə ərzində Polis hadisənin baş verdiyi əraziyə gəldi. Polislər arasında detektiv Edvard Uilson da var idi. Detektiv Edvard Uilson bu hadisəni kimin törətdiyini təxmin etməkdə heç də çətinlik çəkmirdi. Polislər hadisə ilə bağlı daha ətraflı məlumat almaq üçün Xanım Edvinanı polis bölməsinə apardılar. 

                                     ~ BÖLÜM SONU ~

Gecə Ovçusu Where stories live. Discover now