~ Bölüm 6 ~

30 9 19
                                    

İtaliya. Manorola Kəndi. 13 may 1944 - cü il.

Artıq Müharibə "Müttəfiq Dövlət" -lərin xeyrinə dayişdirilmişdir. Alman - İtalyan qüvvələri İtaliyanın içərilərinə doğru sıxışdırılmağa başlanmışdı.

Kapitan Drako Beliç , partizanlarla birlikdə Manorola kəndinə hücuma hazırlaşırdılar. Kapitan Drako döyüş başlandığı gündən bəri öz döyüş yoldaşlarından , sağ qalmağı bacaran Jovan Petroviç ilə idi. Jovan Petroviç digər əsgərlərin yanından ayrılaraq Kapitan Drakonun yanına gəldi. Jovan əlində tutduğu Yuqoslaviya bayrağına kədərli üz ifadəsi ilə baxaraq görəsən bizim uşaqlardan nəsə bir xəbər var? dedi.
Kapitan Drako ağzındakı popirosu yandıraraq bəli, mən onlarla üç gün əvvəl əlaqə qurmuşdum. Onlara Partizan Mehdi Hüseynzadə başçılıq edir.
Jovan Petroviç bu adı eşidəndə biraz təəcübləndi. Mehdi Hüseynzadə? Kapitan , O haralıdır ki?
Kapitan Drako popirosun son tüstüsünü çəkərək gözlərini şərqə tərəf yönəltdi. Bizdən çox uzaqda Xəzər dənizi sahilində yerləşən Azərbaycandandır.
Birdən göy üzündə vızıltı səsi eşidilməyə başladı. Bu Alman faşistlarinin təyyarələri idi. Bir neçə saniyə sonra bombalar uğultu ilə yerə çaxılıb partlayırdı. Partizanlar təlaş içində öz canlarını qurtarmaq üçün hərəsi bir tərəfə qaçırdı, mərmilərdən biri Jovanın yanında partladı. Mərminin dalğası Jovanı olduğu yerdən bir neçə metr aralıya tulladı. Jovanın beyni çalxalanırdı, əlləri və ayaqları əsirdi, qulağında isə dəhşətli uğultu var idi.
Kapitan Drako, özünü ələ alaraq Jovana yaxınlaşdı. Onu qollarından tutaraq böyük ağac oyuğunun içinə tərəf sürüməyə başladı. Kapitan Drako öz əsgərlərinin sonuncusunu da itirmək istəmirdi. Ara sakitləşmiş, təyyarələrin gurultulu səsi artıq eşidilmirdi. Bombardımandan sonra sağ qalan əsgərlər Kapitan Drakonun səsinə gəlməyə başladılar. Əsgərlərdən biri əlindəki silahı çiyninə alaraq dedi:

- Kapitan Drako biz buradan çıxmalıyıq , onalrın piyadaları birazdan bura çatacaqlar.

Kapitan Drako , əsgərlərə Jovanı daşımağı əmr etdi və sonra dedi:

- Biz geriyə, şərqə tərəf çəkilməliyik .

Əsgərlər özlərinə lazım olan sursat və digər əşyalarını götürüb Kapitan Drakonun göstərdiyi istiqamətə tərəf yönəldilər. İki saata yaxın piyada yol getdikdən sonra xarabalığı xatırkadan kəndə çatdılar. Kənddən demək olar ki, heç bir əsər-əlamət qalmamışdı. Kapitan Drako və əsgərləri yarı dağılmış qisməndə olsa salamat qalmış evlərin birinə daxil oldular. Əsgərlərdən biri dedi:
-Kapitan , biz indi nə edəcəyik, hara gedəcəyik?

Kapitan Drako , ümidsiz baxışlarla əsgərə tərəf yönəldi və dedi :

- Hələ ki, burada gözləməliyik , rabitə əlaqəmiz olmadığı üçün heç kiminlə əlaqə saxlaya bilmirik. Sabahı gözləməliyik. Siz bacardığınız qədər yaralılara kömək edin və sursatın miqdarına baxın, bu gecə çətin keçəcək. Ümid varam ki, "Qızıl Ordu" və digər müttəfiqlərimiz tezlikə bura gələcəklər.

Kapitan Drako və digər əsgərlər səhər gözlərini tank və digər texnikaların səsi ilə açmışdılar. Əsgərlərin demək olar ki, hamısının üzündə olan ifadədən nə qədər həyacanlı və qorxu keçirtdiklərini bilmək olurdu. Kapitan Drako silaha!! əmri verdikdən sonra əsgərlər öz mövqeylərini tutdular. Kapitan Drako gurultulu səsin şərq istiqamətində gəldiyini eşidəndə içində bir ümid işığı yanmışdı. Bəli bu səs "Qızıl Ordu" tanklarının səsi idi. Əsgərlər tankları gördükdən sonra sevincdən bir - birlərini qucaqlayırdılar. Kapitan Drako əsgərlərə hazırlaşmaları əmrini verdikdən sonra dedi, biz onalara qatılıb yenidən döyüşəcəyik !!

Bölüm Sonu

Xahiş olunur hər kəs bölüm haqqında fikrini bildirsin. ❤

Gecə Ovçusu Where stories live. Discover now