5.bölüm

13K 805 78
                                    

Bölümləri bəyənib bol bol comment yazmağı unutmayaq ✨✨✨

____________________

Danielin qəribə bir xasiyyəti var idi. O , birinin xarakterini , sərhədlərini bilmək ölçmək istəyəndə onunla mübahisə edib söhbəti alovlandırırdı. Beləliklə , qarşısındakı şəxs adətən müdafiəni bir kənara qoyub hücuma keçirdi . O anda maskalar üzdən düşürdü və kimin nə olduğu meydana çıxırdı.

Hər nə qədər riskli və 'ekşın dıkşınlı' yol olsa da , Poladgilin narazı baxışları və sözləri onu dayandırmağa çalışsa da yenə öz bildiyin edirdi. Belə baxanda bu günə kimi bu taktika Danieli cəmi bir dəfə yanıltmışdı.

O da Eldar ilə ilk dəfə üz üzə gəldiyi gün idi .

••••••••••

5 il əvvəl

Daniel soyuqqanlılıqla ətrafına nəzər salırdı . Balaca uşaqlar parkda oynayır , anaları dedi qodu edirdi. Gözlədiyi adam gəlib çıxmaq bilmirdi .

Qalın və biçimli dodaqlarını hirsindən gəmirirdi ki , bir nəfər tindən burulub asta addımlarla ona tərəf gəlməyə başladı . Bu oğlan Eldar olmalı idi .

Eldar o zamanlar da eynək taxırdı , buna görə də yəqin məsələdir ki ona 'açkarik' kimi ləqəb verilmişdi . Bu eynək taxanların taleyi kimi bir şey idi . Çünki insanlar sizin hər hansı bir zəifliyinizi ört basdır etməkdənsə , sizə yardım etməkdənsə bunu bağıra bağıra bildirməyi daha məntiqli bilirdilər.

Eldar Danieli görən kimi tanıdı , başı ilə salam verib qarşısında durdu . Almaniyadan yeni gəlmiş bu oğlan heç də almanlardan fərqlənmirdi . Sadəcə baxışları onun bu torpağın övladı olduğunu bariz şəkildə gözlər önünə sərirdi.

" Gəl maşında danışaq.."

Eldar yenə dinmədi , başını yelliyib qabağa düşdü .

Onlar maşında əyləşəndən sonra Daniel birdən sözə girdi ,

" Sən Səbinə ilə bağlı nə düşünürsən? Evlənmək filan?"

Kobud dillə desək deyir ki, ' aə alassan  sən bu qızı ??'

İçindən bunlar keçsə də deyə bilməzdi. Etika vardı estetika vardı, hələ arada ona yalvaran Səbiş var idi . Eh eh ..

Eldarın üzündə bir mimika belə oynamadı . Danielin gözlərinə uzun uzun baxandan sonra dilləndi ,

" Səbinə məni sevir , mən də onu çox sevirəm . Evlənəcəyik."

Danielin qaşları mənalı şəkildə qalxdı, " birdən mən bu işə əngəl olsam ?"

Eldar çox kiçik gülümsədi , " onda səni yolumdan çəkərəm ." Eynəyini düzəltdi.

" Nə bahasına olursa olsun . "

Daniel yüngül bir qəhqəhə çəkib ona baxdı. Həqiqətən bu oğlan ya şir ürəyi yemişdi belə yekə yekə danışır ya da şirin özü idi .

Daniel onu maşında nə qədər illah elədi qızışdırıb əsəbləşdirə bilmədi. Eldar maşından düşəndə dedi ki , " çox istiyirsənsə sabah gələrsən bizim idman zalımıza mən praktiki olaraq sənə hər şeyi izah edərəm ."

SEVGİ ƏNGƏL TANIMIR (TAMAMLANDI)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin