19.bölüm

12.8K 765 55
                                    


Nazlı sevgilisinin təlaşının altında yatan səbəb ilə maraqlanırdı.  Ona görə də ən qısa zamanda ilk olaraq telefonunu elə keçirməli idi. Köln məsələsi biraz gözləyə bilərdi.

Çünki bir anda bu qərarı vermiş olsa da reallığı göz önündə bulundurmaq şərt idi. Bu qız,  çölə bacaya çıxanda icazə alırdı.  Köln ??? Almaniya?? Xaric ??

Bu istək biraz , hətta biraz yox babat gülməli idi.

Səbiş qarnına tumar çəkib qonaq otağını işarə etdi,

" Gəlincik keç görək. İmtahan birazdan başlayacaq. "  Ardınca gözlərində peyda olan parıltılar Nazlının soyuq soyuq tərləməyinə yol açdı.

Nazlı koridoru keçən zaman çamadanları görmüşdü. Bənövşəyi rəngdə olan çamadanlar yüz faiz Danielin deyildi. Bəs kim , hara gedirdi?

Yasəmən divanda bardaş qurub oturmuşdu. Əlindəki telefonu ilə qurcalandığı sırada Eldar yox olmuşdu.  Sadəcə Daniel quyruq kimi qızın ardınca gəzirdi.

Nəhayət ki , çaylar gəlmişdi. Nazlı armudu stəkanı əlini alıb ağır ağır çayını içirdi.

Yasəmən və Səbiş Nazlının başına gətirə biləcəkləri oyunları düşünürdülər. 

Qohumlarını təəssüf ki , ovucunun içi kimi bilən Daniel buna görə qıza bənd olmuşdu. Yoxsa bilirsiz də Daniel hara , qızın ağzının içinə baxmaq hara.

Nazlı dilləndi, 

" Harasa gedirsiniz ? Qapıda çamadan gördüm. "

Yasəmən gözləri ilə işarə verdi.

" Mən Almaniyaya qayıdıram.  İllik məzuniyyətim bitdi. "

Sonra dişlərini göstərdi, 

" Sənin yanındakına da kurs olacam . Bir yerdə gedirik. Haha , özümə sürücü də tapdım. "

Daniel yumruğunu sıxdı. O hələ qıza gedəcəyini deməmişdi.  Nazlının yerində azca vurnuxduğunu görəndə özünü pis hiss etdi.

" Bilirəm."

Daniel qızın üzünü özünə çevirdi.

" Necə yəni bilirəm? "

" Balaca bir  çanta ilə gəlmişdin.  Amma gedəndə iki böyük qara çamadan aparmışdın.  Burada çox qalmayacağını bilirdim."

Nah bilirdi. Nazlı sadəcə özünü təmkinli aparmağa çalışırdı.  Ən azından bir neçə gün qalacağını düşündüyü sevgilisi gün bitmədən yola çıxırdı. 

Daniel bunu hesaba qatmamışdı.  Ona görə də qızın üzünə bir neçə saniyə daha baxdı.  Bu qədər detallara hakim olmağı onda qəribə hisslər oyadırdı.

Nazlı dodaqlarını gəmirib dururdu. Çünki otaqda əmələ gələn səssizlik onun qulağında təhlükə nidalarının yüksəlməsinə səbəb olurdu.

Səbiş boşalmış topuzunu açıb saçlarını dalğalandırdı,  sonra da Danielə xitabən danışdı. 

" Get gör Eldar neylədi.  Maşından yükləri düşürəcəkdi. "

Daniel çiynini çəkdi, 

" Biz səni ərə verəndə mən söz vermədim ki , Eldarın nökəri olacam . Getsin özü daşısın mənə nə var ."

Səbiş ah puf eliyə eliyə durdu. Gözlərini tez tez qırpışdırıb göz yaşı əldə etdi. Daniel nəmli gözləri görən kim ayağa qalxdı. Səbişin ağlamağını görmək istəmirdi. O cür kukla qız,  ağlayanda meymuna dönürdü və bunu ona deyəndə eşitmədiyi təhqir qalmırdı. Hələ üstəlik hamiləydi.  Danielin bu topa girmək kimi həyəcana ehtiyacı yox idi.

SEVGİ ƏNGƏL TANIMIR (TAMAMLANDI)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin