12.bölüm

12.9K 777 71
                                    

Buyurun bölüm..))

Nazlı həftə sonunu qızlarla görüşüb vaxt keçirərək dəyərləndirəcəyini atasına demişdi. 

Arif bəy razı olmuşdu, gəl gör ki anası Gülər xanımın elə bil ürəyinə dammışdı. 

Əri Arifin qabağına çay qoyub, yan baxışla qızına gözünü dikdi.

" Hansı qızlarla görüşəcəksən?"

" Universitetdəndi,  mama."

"Hmm..."

Atası araya girdi ,

" Az , Gülər bəsdi də.  Gedib gələcək də.  Bir iki saata qayıdırsan hə,  qızım?"

Nazlı udğundu,  sonra sevimli görünməyə çalışaraq başını yellədi. 

Otağına keçib hazırlaşan zaman ağlından keçənlər o idi ki , bunu Daniele necə başa salacaq .

Daniel yarım saat əvvəl ona mesaj atmışdı.  Voleybol oynamağa gedəcəkdilər.  Ona görə geyinməyini istəmişdi. 

Nazlı da üstündə rahat bir kofta keçirmişdi və altına da dizlərində bitən bir şortik geyinmişdi. 

On beş iyirmi dəqiqədən sonra artıq o evdən ayrılmış, bloklarının düz altında dayanan qara rəngli maşına əyləşmişdi. 

Şahin arxaya çönüb,  gülümsədi, " Salam bacı.."

Nazlı da xoş bir ifadəylə salamı aldı və maşının pəncərəsindən evlərinə doğru nəzər saldı. Tam da gözlədiyi kimi , anası onu güdürdü. 

Nə yaxşı ki Şahinin maşının üstündə Bolt loqosu var idi və nə yaxşı ki , buna görə rahat rahat gedə bilirdi .

Onlar yola düzələn kimi Gülər xanım içəri keçdi və qızının otağını alan talan elədi..

___________________

Yarım saat sonra hamı parkda idi . Ən son gələn Şahinlə Nazlı olmuşdu. 

Nazlı Səbişi görəndə təəccüblənsə də bunu büruzə verməməyi özünə borc bildi . Çünki hamilə olan Səbiş buluddan nəm qapırdı.  Hər şeyə görə ağlaya bilərdi.  Bunu Güneldən bilirdi və açığı bir daha bu seramoniyanı yaşamaq istəmirdi.

Səbiş otların üstünə sərilmiş xalçanın üstündə ayaqlarını uzadıb özünü günə verirdi. İki qız isə Səbişin nökəri kimi nə desə edirdilər. 

Nazlı gəlib çatanda, qaraşın qız kinayəli şəkildə güldü. 

" Səbəbkar da gəldi.."

Səbinə ayağa durmağa çalışdı amma qarnı böyüdüyü üçün artıq hərəkətləri də əvvəlki kimi deyildi . Özünü bir ayı qədər ləng hiss edirdi .

Axır ki durmaqdan vaz keçib əlini havada yellədi, 

" Nazlı gəl,  gəl!"

Nazlı sevimli ifadəsiylə gəlib çıxdı. " Salam qızlar. "

Qumral qız gülümsəyib əlindəki termosu yerə qoydu .

" Salam  , mən Sarayam. "

Nazlı başını yelləyirdi ki , qaraşın qız yenə kinayə ilə dillənib əlini uzatdı. 

" Yasəmən,  sənin bundan sonrakı həyatını sənə zindan özümə kurort məkanı edəcək baldızın. "

Nazlının gözləri dəhşətlə açıldı və çarəsiz baxışlarını Səbişə çevirdi. 

SEVGİ ƏNGƏL TANIMIR (TAMAMLANDI)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin