28.bölüm

12.8K 759 31
                                    

Asimann gəldi, xoş gəldi :))

Yeni , bol adrenalinli bölümlə qarşınızdayam:))

Bu bölüm çox lap çox uzun oldu. Ona görə davamını bir neçə gün ərzində paylaşacam.

Sevgi Əngəl Tanımır ailəsi, SİZİ ÇOX SEVİRƏM 🌸

♡♡♡♡♡♡

Həyatın kimə nə gətirəcəyini heç vaxt bilmək olmur. Daniel də bəxtinə düşənə razı gəlməli, qismətinə tabe olmalıydı. Nəysə ki,bizim Danielin həyat fəlsəfəsi 'böl parçala idarə et'ə yaxın idi. Onunku daha ziyadə əldə et, əlini uzadanın əlini qopar filandı.

Praqaya keçməsindən sonra ilk rotası kirayə qaldığı ev olmuşdu. Evin qapısını açmağa gərək qalmamışdı.Qapı aralı, içəri darmadağındı. Hirslə əllərini saçlarından keçirib evin içində dolandı. Əşyalarını yoxlayan zaman bir qonşu qapıdan səsləndi. Qısa keçən dialoqun ardından hər şey məlum olmuşdu.

İki gün əvvəl onun evinə çox səs küylü şəkildə oğrular girmişdi. Qonşu oğru girdiyini desə də onsuz evdə oğurlanmalı əşya olmadığı üçün Danielin ürəyi rahatladı.

Bu,sadəcə xəbərdarlıqdı. Marko və Tadejlə üz göz olmuşdu və yəqin məsələydi ki, əl pəncə bizim sarışının qarşısında hazır durmayacaqdılar. Ona görə də Daniel sakit bir şəkildə üzü gözü parçalanmış divana söykənib Valentinoya zəng elədi.

O ərəfələrdə Valentino kiçik agentini döyüb öldürməmək üçün öz özlüyündə bəhanə axtarırdı. Emiliano gözünün qabağında oturub ağlayırdı. Neynəsin də indi Valentino??

"Was haben Sie getan?"
(Neynədin?)

Valentino Emilianodan biraz uzaqlaşıb kənarda durdu. Gözlərini qıydı,

"Mein Freund, herzlichen Glückwunsch, jetzt hat sich nicht nur Marko, sondern auch Tadej gegen dich gestellt."

(Dostum təbrik edirəm. Artıq sadəcə Marko yox,Tadej də sənə qənim kəsildi.)

Daniel bunu eşitməyə özünü o qədər hazırlamışdı ki, təəccüb hissi heç özünü kənardan qıraqdan da göstərmədi. Dodaqlarını çeynəyib ətrafda dolanırdı.

"Glauben Sie, dass da noch mehr dahintersteckt?"

(Səncə bunun davamı gələr?)

"Er ist bereits hier. Tadej zeigt seine Stärke denjenigen, die ich kenne."

(Gəldi çatdı hətta. Tadej mənim tanıdıqlarıma öz gücünü göstərir.)

Daniel hirslə evdən çıxdı. O,evdən çıxanda gün batırdı. Ciyərinə isti havanı çəkib maşına tərəf getdi. Mühərriki işə salıb maşını yola çıxartdı.

"Was sollten wir Ihrer Meinung nach jetzt tun?"

(Səncə indi nə etməliyik?)

Valentino nəfəsini verdi,"Der Kreis verengt sich. Wir müssen den Kreis sofort verlassen."

(Dairə daralır. Biz təcili olaraq o dairəni tərk etməliyik.)

Daniel başını yellədi,"Treffen Sie mich in meinem Büro."

(Mənim ofisimində görüşək.)

Valentino təsdiq etdiyini bəlli edən səslər çıxartdı, sonra bir gurultu eşidildi. Daniel başda bunla maraqlansa da sonra 'fuck off' deyib yoluna qoyuldu. Qürub çağı onun heç xoşuna gəlməmişdi. Günəş qıpqırmızıydı. Bu xeyrə əlamət deyildi.

SEVGİ ƏNGƏL TANIMIR (TAMAMLANDI)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin