24.bölüm

12.8K 767 18
                                    

Uzun bir aradan sonra yenə sizlərləyəm.

Buyurun bölüm:))

Gərginlik ən yüksək həddəydi. Daniel yenə öz işinə davam edirdi, Praqada. Amma belə bir məsələ də vardı ki, Marko daha ofisə gəlmirdi. Gustavonu göndərir, işləri ona həll etdirirdi.

Daniel güzgünün qabağında durub özünə baxdı. Yaraları yavaşdan sağalmağa başlamışdı. Dodağının kənarındakı yara yemək yeməyinə əməlli mane olurdu. Burnunu çəkib dodağına krem çəkdi. Sonra da vaxt itirmədən yerdəki çantasını götürüb bayıra çıxdı.

Özünü gücdən düşmüş hiss edirdi. Düsseldorf, Praqa deyə deyə idman etməyi lap azaltmışdı. Yazıldığı yeni idman zalına doğru maşını ilə yol aldı.

Maşını hələ ki əldən çıxartmamışdı. Əli gəlmirdi ki..

Bu, onun ilk qazandığı pulla aldığı maşın idi. Bəziləri ilk maaşla restoranda yemək yeyər, sevdikləriylə zaman keçirərdi. Amma, Daniel nə etsin? Yanında heç kim yox idi. Ona görə də boğazından kəsib pulu yığdı.

İndi də balası kimi sevdiyi maşından ayrılmaq istəmirdi. Ona görə də motorsiklet almaq işini sonraya saxladı.

Artıq bir saat idi ki, Daniel tər içində idman edirdi. Burnundan od püskürən əjdaha baxışlar ilə ətrafdakıların ondan qaçmağına səbəb olurdu.

Durub barfiks çəkməyə başladı. Dartındıqca dişlərini daha çox sıxırdı. Hirsi keçmirdi. Hələ ki işləri yoluna qoya bilməmişdi. Çünki həyat seriallardakı qədər rahat keçmirdi.

İkinci saatın sonunda bədəni yoruldu. Dəsmalını götürüb yerə oturdu. Bütün bədəni tər içindəydi. Başını əymişdi. Qaldırıb önündən keçən qıza baxdı. Bir anlıq qaşları burnunun üstünə qədər çatdı.

Qızı Nazlıya bənzətmişdi. Eyni onun kimi uzun saçları, onun kimi yerişi vardı. Gözlərində həsrət dalğalandı. Tez başını sağa sola yelləyib bu düşüncədən qurtulmağa çalışdı.

Təqribi yarım saatdan sonra Daniel yeni evindəydi. İti baxışlarını ətrafda gəzdirdi. Sözügedən ətraf çox sakitdi. Dərindən nəfəs alıb qapının üstünə yapışdırıb getdiyi saqqıza baxdı. Yerindəydi. Deməli, o evdə olmayan zaman Markonun kölgələri evinə gəlməmişdi.

Evə girib özünü divana atdı. Onsuz divandan başqa bir şey də almamışdı. Gündüzlər divan, axşamlar yataq olurdu. Biraz uzanıb qaranlıq evdə tavana baxdı. Görəsən Nazlı nə edirdi?

Telefonunu açıb Hüseynin axırıncı dəfə göndərdiyi şəklə baxdı. Nazlı qəmli qəmli ətrafa baxır, əlindəki stəkanı sıxırdı.

Ekranı böyüdüb qızın üzünə sığal çəkdi. Gözlərini yumub geriyə söykəndi. Bu məsələ artıq sevgidən başqa bir şeyə çevrilmişdi.

Bir neçə ay əvvəl biri ondan niyə bu qədər şeyə qatlaşdığını soruşsaydı, düşünmədən Nazlı deyib məsələni bağlayardı.

Lakin indi hərşeyi daha aydın şəkildə anlaya bilmişdi. Bunların başına gəlməsindəki əsil səbəb nə idi.

Yaradan, onun içində yatan aslanın çölə çıxmağını istəyirdi. Daniel özünü sübut etmək, bu həyatda bir yer qazanmaq istəyirdi. Bu əlbəttə ki, asan deyildi. Qarşısına çıxan əngəlləri keçməli, üstünə tullanmağa hazırlaşan çaqqalların da haqqından gəlməliydi. Onun da payına Marko düşmüşdü. Köhnə dost , təzə düşmən..

Marko özünə qorxusuz birini axtarırdı. Əvvəlki Daniel bu işdən qorxmurdu. Amma indi Danielin ürəyini titrədən, gözlərinin önündən getməyən biri vardı.

SEVGİ ƏNGƏL TANIMIR (TAMAMLANDI)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin