Bölüm 25: Məcburiyyət

200 77 54
                                    

Bölüm 25: Məcburiyyət

"Amma hər məcburiyyət bir gün bitər, sonu nə olursa olsun."

Yazardan...

Raulun sualı ilə üzünü ona çevirdi gənc qız. Lakin verəcək heç bir cavabı yox idi. Buradaca ona həqiqətləri deməyi çox istəsə də, özünü çətinliklə saxlayırdı.

"Oğlum, mən qarşıdakı kafeyə dostumla görüşmək üçün gəlmişdim, o da önəmli işi çıxdığı üçün gələ bilməyəcəyini dedi. Evə getmək əvəzinə sahilə gəlib, hava alım dedim. Bir də nə görsəm yaxşıdır? Lalə qızım, tam qarşımda durmuşdu. Bu qədər vaxtı harda idi, onunla bağlı danışırdıq. Yaxşı ki gəldin, mən də sənə zəng edəcəkdim ki, gələsən aparaq evlərinə. Yazıq Şəfəq xanım çoxdandır narahat qalıb."

Raul atasının uydurduğu yalana inanmış olacaq ki, heç nə demədən başını tərpətdi.

"Gedək."

***

Qırxlı yaşlarının başında olan bu qadının bədənində taqət qalmamışdı artıq. Qızının da onu tərk edib getdiyini düşünürdü. İnsanlarla dolu dünyada tək başına, kimsəsiz qalmaqdan çox qorxurdu. Axı onun tək yaşam səbəbi qızı idi. O olmadıqdan sonra nə mənası olardı yaşamağın?

Qapının döyülməsi ilə Şəfəq xanım oturduğu stuldan qalxdı və başına bağladığı qara yaylığın ucu ilə yanağına süzülən yaşları sildi. Qapıya yaxınlaşdıqda narin əllərini  dəstəyə apararaq özünə çəkdi.  Qarşısında canından çox sevdiyi qızını görməsi ilə yaşlar yenidən qırışmış üzündə yerini aldı.

"Lalə... Qızım."

Zəif düşmüş qollarını qızının incə belinə doladı, burnunu saçlarının arasına basdırdı. Həsrət qaldığı qoxusunu ciyərlərinə çəkdi.

"Canım Anam."

Qızın da anasından bir fərqi yox idi. Anasının ağ tellərini öpüb, bağrına basdı. Zəif qolları ilə bərk bərk qucaqladı.

Ana-qızın bu hallarını üzündəki gülümsəmə ilə izləyirdi, qapıda duran gənc oğlan.

***
Qucaqlaşmaq anı bitdiyinə görə hər üçü qonaq otağına keçmişdi. Lalə Rəşidin anlatdıqları kimi olanları danışırdı.

"Ana, Raul bəsdirin. Neçə dəfə deməliyəm axı? Heç birinin üzünü görmədim. Ayaqyoluna aparmışdılar. Kiçik pəncərə var idi, oradan qaçdım."

"Orasını başa düşdük. Bəs səni qaçırmaqda səbəbləri nə idi?"

"Atan demişkən səbəb yox səbəblər var idi Raul."

Lalə ürəyindən keçirdiyi bu cümləni ona demək əvəzinə ağlına gələn ilk bəhanəni deməyi seçdi.

"Nə üçün olacaq? Pul üçün. Mən onsuz da onlara deyirdim ki,  sizə verəcək pulumuz yoxdur. Çox güman, elə buna görə arxamca gəlmədilər."

Raul qaşlarını çataraq fikirli şəkilldə dedi:

"Yaxşı. Amma polisə izahat verməlisən, çay-çörək ye, bir azdan gəlib səni apararam."

Lalə isə ona gülümsəyərək cavab verdi.

***

İsti su bədənindən aşağı süzülərkən gözlərini qapatdı. Sevdiyi insanlara yalan söyləmək onun gücsüz ruhunu daha da zəiflətmişdi. Amma məcbur idi, çarəsiz idi.  Bilirdi ki, günün birində hər şeyi biləcəklər. Axı yalanın qırx gün ömrü var. Üzərindən nə qədər zaman keçsə belə, gizli qalmış bütün sirlər həmişə açılırdı. Eyni ilə Lalənin həyatında olan sirlərin açığa çıxması kimi.

Yağışın PıçıltısıWo Geschichten leben. Entdecke jetzt