Bölüm 20: Müəmma

351 199 39
                                    

Bölüm 20: Müəmma

Amma bunu bil ki, mən sənin kimi bədbəxt birinə ancaq filmlərdə rast gəlmişəm."


Otağın qapısı açıldıqda, qaranlıqda üzü görsənməyən insan siluetinə baxışlarını çevirdi. Həmin şəxs otağın işığını yandırması ilə, gənc qız qarşısında duran adama nifrətlə baxmağa başladı. Dodaqlarının arasından sadəcə bir kəlmə çıxdı.

"Sən..."

Adam Laləyə bir az daha yaxınlaşıb, gözlərində gördüyü qorxusuz, cəsur qıza qəh qəhə atdı. O qədər dərindən güldü ki, səsi boş otaqda əks səda verdi
Lalə adamın gülüşünə anlam vermədən, onu süzməyə başladı: yox dərəcəsində olan xəfif ağaran saqqaları , keçəl, çəkisi orta olan bu adamı həyatında ilk dəfə gördüyünə and içə bilərdi.

Qarşısında duran adamın gözlərinin içinə baxaraq tək bir şey soruşdu:

"Məni burda tutmağında səbəb nədir?"

Adam başını bulayıb, qapıya tərəf getdi.

"Hey, sənə deyirəm"

Olduğu yerdəcə dayandı, sonra arxasını çevirib, Laləyə yaxınlaşdı. Əlini cibinə salıb, kiçik bir şüşə çıxartdı. Lalə isə adamın etdiklərini səssizcə izləyirdi. Adam şüşədəki mayeni ovcuna tökdükdən sonra ovcunu Lalənin burnuna tutdu. Lalənin çırpınışları bir neçə saniyə sonra gözünü qapaması ilə sonlandı. Adam qarşısında oturan gənc qızı süzdükdən sonra bir qəhqəhə daha atıb, işığı söndürərək otaqdan çıxdı.

***

Üzünə çırpılan soyuq suyun təsirindən  gözlərini açdı.

"Səni bura yatasan deyə gətirməmişəm" - adam əlindəki su şüşəsini bir kənara qoyub Lalənin qarşısındakı stulda oturdu. Lalə isə bu adama iyrənrək baxırdı.

"Boş yerə üzümə baxıb tanıyıb tanımadığını o balaca beynində sorğulama. Mənimlə heç vaxt rastalşmamısan.

"Bəs burda olmağıma səbəb nədir?" 

Adam üzünə təbbəsüm yerləşdirib asta səs tonu ilə dilləndi:

"Səbəb yoxdur, səbəblər var və sən bunların heç birindən xəbərdar deyilsən."

Adamın tapmacalı danışığı Lalənin səbrini tükədirdi.

"Öyrənəcəksən, narahat olma bunun üçün çox vaxtımız var. Amma bunu bil ki, mən sənin kimi bədbəxt birinə ancaq filmlərdə rast gəlmişəm." - adam yenidən qəhqəhə atıb otaqdan çıxdı və çıxarkən otağın işıqlarını söndürüb, qapını da kilitlədi. Lalə isə bayaqdan saxladığı göz yaşlarının yanağına süzülməsinə icazə verdi.

****

Lalənin yoxluğunun üçüncü günü idi. Polislər binanın təhlükəsizlik kamerasına da baxmışdılar ancaq kameralarda Lalənin binadan çıxıdığı görsənilmirdi. Raulun isə dəfələrlə ifadəsi alınmış və heç bir nəticə əldə olunmamışdı. Lalə qaçırılmışdı yoxsa özü evi tərk etmişdi? Bu sualın cavabı isə hələlik müəmmalı qalırdı. Şəfəq xanım isə qızından ayrı qala bilmir, iynələrlə sakitləşdirilirdi. Bu müddət ərzində Səidə xanım Şəfəq xanıma dəstək olurdu. Amma Səidə xanımın düşüncəli anları Raulun anasının gözündən yayınmırdı.

___________________________________

Bir neçə aydan sonra yenidən sizləri salamlayıramm <3 

Və bu müddət ərzində kitabımız 3 min oxunmağa çatıb. Hər birinizə minnətdaram. Mənim yoxluğumda geri dönməyim üçün atdığınız mesajları oxudum və duyğulanmamğım mümkün deyildi. Yaxşı ki varsız. Hər biriniz üçün çox darıxmışamm. 

Uzun müddətdən sonra yeni bölüm yayımladım. Bölüm haqqında düşüncələrinizi yazıb, vote verməyi unutmayın. Sevgini yaradan uca Rəbbimə əmanət olun. 

Yağışın PıçıltısıWhere stories live. Discover now