Bölüm 14: Uşaqlıq

374 196 20
                                    

Bölüm 14: Uşaqlıq

"Uşaqlıq sevgisi...Ən saf duyğuların olduğu günahlarınsa olmadığı zamanlar"

Danışdıqlarını gözümdəki yaşlarla birlikdə dinlədim. Sözünü bitirdiyində özümdəndə aslı olmadan ayağa qalxdım və onu qucaqladım.

"Qızım məni bağışla belə olmasını istəməzdim" - qollarımı boynundan çəkib yerimdə əyləşdim.

"Sənə inanıram. Bilirəm ki sənin üçün heç də asand olmayıb. Amma məndən sənə asanlıqla "ana" deməyimi gözləmə"

Son dediyimdən sonra gülümsəyib dedi:

"O qədər də asand olmaycaq bilirəm... Amma mən o günü gözləyəcəyəm..."- göz yaşlarını gizlədərək yenə dedi.

"Mən Qarabağa dönəcəyimiz günüdə səbirsizliklə gözləyirəm. Çünki Qarabağdakı yıxıq-sökük daxma mənə imarətdən daha dəyərlidir. " göz yaşları ilə cümləsini tamamladığında gülümsədi.

Ayağa qalxıb çalışma masasından çərçivədə duran şəkili götürüb yenidən yanıma gəldi.

"Al bax qızım"-əlindəki şəkili mənə uzatdığında götürüb şəkilə baxmağa başladım.

Şəkildə bəy və gəlin var idi: Atam və O

Şəkildəki qumral saçlı uzun boylu insana gözümü çəkmədən baxdım. Şabalıd rəngində olan gözlərimi kimdən aldığımı indi anlayırdım. Şəkilə deyildə aynaya baxırdım sanki... Bir qız atasına ən çox bu qədər bənzəyə bilər. Dolu gözlərimi şəkildən çəkməyərək fısıldadım:

"Mən şəhid qızıyam?"

***

"Necə tanış olmusunuz atamla?"- verdiyim sualla bir az fikirə gedib dilləndi

"Mən atanı hələdə sevirəm qızım. Cismən yanımda olmasını çox istərdim amma bu onu sevməyimə əngəl deyil. Yaddaşımı unutduğum o illərdə  heç ailə qurmadım tək başıma yaşadım. Amma bir mahnıya qulaq asanda sevgiyə aid bir film izləyəndə gözümdəki yaşlar özümdən xəbərsiz yanağımı isladardı. Hiss edirdim ki birini canımdan çox sevmişəm. Hətta atanı xatırlamasam belə ona sadiq qalmışam və ömrümün sonuna qərədə sadiq qalacağam. Onunla necə tanış olmuşuq? Eyni bağçada böyümüşük eyni oyunları oynamışıq... Sevgi hissini insan uşaqlıqdan dadır. Sevgini ilk ailəsi insana bəxş edir. Biz bir-birimizə  uşaqlıqdan aşiq olmuşuq.Eşq sevgidən daha uca hissdir. Bir söz var deyirlər uşaq nə bilir sevmək nədi?! İnan mənə elə təkcə uşaq bilir sevginin nə demək olduğunu. Uşaq nə vaxt "səni çox istəyirəm"  desə ona inanmalısan. Çünki onlar böyüklər kimi çıxarlarının adını sevgi qoymurlar. Öz saf hissləri ilə böyüyürlər. Böyüklər "uşaq nə bilir sevgi nədir?! deməklə  elə o saf hisslərin qatili olurlar. Uşaqda fikirləşir ki "sevgi bu deyilsə demək böyüklərin manafeyləri uğruna etdikləri sevgidir" Uşaqlıq sevgisi... Ən saf duyğuların olduğu günahlarınsa olmadığı zamanlar. Əsil sevgi məhz budur. Yaş ki iyirmini keçdi "işin içinə" lazımsız duyğular girir... Deməyim odur ki  bizim sevgimizdə uşaqlıq illəri kimi saf və təmiz qaldı.

--------------------------

Salam  :)

Bölüm çoox qısa oldu çünki kompüterdə yazıram öyrəşmədiyim üçündə mənə çətin oldu həmdə bölümü dadında buraxmaq istədim. Medyadakı mahnı ilə tam uyğun oldu birdə o mahnıya qulaq asaraq dinləyin :)

Vote verməyi unutmayın 

Hələlik :)



















Yağışın PıçıltısıWhere stories live. Discover now