Bölüm 15: Qonşu qızı

358 202 91
                                    

Bölüm 15: Qonşu qızı

"Amma uşaqkən zamanın kiçik bir dilimində   onun yanında olduğumu bilmək belə mənə bəs edir"

Raulun dilindən:

İngilis dili dərsindəyik. Hər kəs lövhənin yanında susmadan danışan müəllimə baxır, mən isə ona...     Qıraqdan yad görünən 2 insanıq... Necədə doğma gəlirik bir-birimizə. Sanki bir neçə aydır deyil illərdir tanıyıram onu. Gülərkən qıyılan gözləri mənə uşaqlığımtək əziz gəlir.. Onu güldürmək çətindir, gülüşlərini insanlara sərgiləmək üçün gülmür. Ürəkdən gülür, səssiz şəkildə. O güləndə sanki cənnətin qapıları açılır.. O güləndə sanki aylardır gün üzü görməyən çiçəklər, günəşin şəfəqləri ilə qucaqlaşır... İstəmirəm gözləri dolsun. Gözəl gözlərinin içini yaşlar alanda ürəyimə isti xəncər saplanır sanki. Xoşladığı şeylərdən  bir nəfəsə danışır həmişə. Qıraqdan necədə şirin görsəndiyinin fərqinə varmadan. Onunla danışanda sözlərdən cümlə qurmaqda çətinlik çəkirəm. Çünki onu hər gördüyümdə, ürəyimi qarışqalar dişləyir sanki... Çox acı çəkir,hiss edirəm. Bütün ağrılarını tək başına çiyninə götürür. Kömək etməyimə izin verərmi görəsən?
Bir nöqtəyə gözünü qırpmadan dəqiqələrcə baxdığını görmüşəm. Bu mənə görə bir fürsətdir, onu izləmək üçün...

Gözlərini sinifotağının küncündən çəkdiyində, məndə istəməsəmdə gözlərimi ondan çəkib qara lövhəyə dikdim. Görəsən nə düşünürdü? Yenəmi keçmişi düşünür? Ya da mənim haqqımda düşünürmü görəsən? Hər gecə onun xəyalı ilə yuxuya getdiyim kimi o da məni fikirləşərək gözlərini yumurmu?

***

"Bu gün sizin binaya köçəciyik"-dediyimdə artıq Lalə maşından düşürdü, səsimi eşitdiyində geriyə çevrilib sorğulayan baxışlarla üzümə baxdı.

"Bizim binaya?"

Maşının qapısını açıb, düşdüm. Lalənin qarşısında durub, gözlərinin içinə baxıb, danışmağa başladım.

"Hə, sizin binaya. Alt qonşunuz mənzilini bir neçə gün olarki, mənə satıb"- cümləmi bitirdikdən sonra üzündə bir saniyəlikdə olsa təbəssüm sezdim amma sonra qaşlarını çatıb dedi.

"Lap yaxşı, görüşərik"- arxasını çevirib gedərkən 32 diş gülümsəyib dedim.

"Görüşərik qonşu qızı"

Sadəcə 2 saniyə ayaq saxladıqdan sonra binaya tərəf addımladı.

***

Bütün işləri həll etdikdən sonra otağıma keçdim. Köç işlərinin çox çətin olduğunu anlamışdım.

Çarpayıya uzanıb, gözümü bəyaz tavana dikdim. Bu tavanın üstündə Lalənin yaşadığını xatırlamaq üzümdə gülümsəmənin yaranmasına səbəb oldu.

"Gəlin, keçin əyləşin"

Anamın qonaq otağından gələn xoş səsi çox keçmədən otağımı doldurdu.

"Raul oğlum gəl qonaqlarla salamlaş."-anamın söylədikləri ilə üzümü buruşdurdum.

"Ay ana ilk gündən evə qonaq gələr?"

"Bu nə sözlərdir deyirsən? Üst qonşudur, qızı ilə evgördüyə gəliblər. Bir qəşəng piroq bişiriblərki..."- anamın söylədiklərindən sonra çarpayıdan sıçradım.

"Lalə gəlib?"-anam qaşları çatılı şəkildə üzümə baxarkən dedi.

"Adı... Hə Lalə... Çox qəşəng qızdır maşallah"-anamın sözlərindən sonra gülümsədim.

Demək ki, anam da mənimlə həmfikirdir.

"İçəridəki Lalə kursyoldaşımdır. Aytacın dostu Lalədir."

"Aaa... Gəlirsən də onda?"-anam göz vurub gülməyə başladı. Başımla təsdiqlədikdən sonra otaqdan çıxdı.

Qarderobumdan ağ sadə T-shirt və cins şalvarımı geyindikdən sonra qonaq otağına keçdim.

Ürəyimdəki qarışqalar məni yeyib bitirirdi.

İçəri daxil olduğumda gözlərim onunla görüşdü... Bəyaz qısa donu ilə mələkdən fərqi yox idi.

"Xoş gəlmisiniz"-deyib Şəfəq xanımı salamladım.

Laləyə baxıb gülümsədiyimdə o da mənə təbəssümlə cavab verdi.

***

Atam televizora baxırdı. Mən isə qonaq otağına anamın yanına keçdim.

"Ana bir az danışa bilərik?"

"Buyur oğlum"- anam yanımdakı stulu çəkib əyləşdi.

Boğazımı təmizləyib dedim.

"Ana xatırlayırsansa sən mənə uşaq vaxtı parkda bir körpə tapdığını, onu polisə təhvil verdiyini  söyləmişdin"

Anam söylədiklərimə bir anlam verməyib dedi.

"Hə, xatırlayıram. Nə olub ki?"

"Ana sən o körpəni yelləncək oturacağında tapmışdın? Parkın arxa həyətində?"

"Hə, heç unutmuram yazıq uşağın səsini. Elə hey ağlayırdı susdura bilmirdim.Nə oldu, birdən birə bunu soruşursan?"

"Ana o uşaq Lalə idi. Laləyə bioloji anası hər şeyi danışıb. Polislər gələnə qədər oda sorada gizlənibmiş. Səidə xanım yəni Lalənin anasıda oradaymış"

"İnana bilmirəm. Necə anadır o?  Necə ürəyi gəlib bunu etməyə?"

Əlimi saçıma aparıb düzəltdim. Doğrusu mən belə bu qədər təsadüfə heyrət edirdim.

"Ana həmin gün mən sənin yanında idim?"

"Hə oğlum səndə mənim yanımda idin. Həmin gün sən saatlardır ağlayırdın. Dedim parka götürüm bəlkə sakitləşərsın. Atanın maşını ilə gəlmişdim, o uşağı orada görər-görməz səni maşına qoyub yenidən körpənin yanına qayıtmışdım"

Anamı qucaqlayıb dedim.

"Çox sağ ol ana, çox sağ ol"

***
Otağımdakı kiçik divanda oturub düşünürdüm. Biz Lalə ilə uşaqkən qarşılaşmışıq, gözlərim hələ uşaqkən onunla görüşüb...

Gülümsədim.

Kaş onu xatırlaya bilsəydim...

Kaş onunla uşaqlıq xatirələrimiz olsaydı...

Amma uşaqkən zamanın kiçik bir dilimində   onun yanında olduğumu bilmək belə mənə bəs edir.

_____________

Bəli həmin qadın Raulun anası idi.

Sizi təcübləndirməyə bayılıram :D

Amma qarşıda təəccüblənəcyiniz möhtəşəm bölüm var :))

Bu bölümü Raulun dilindən oxudunuz ^•^

Mən Raula düşdüm *-* hələ Lalə haqqındakı düşüncələri çox şirin deyilmi?^^

Uzun zamandır yoxam amma çox mükəmməl bölümlə gəldiyimi düşünürəm.

Raulun Laləyə "qonşu qızı" deməsinə nə deməli?:d

İnşallah Raulun Laləyə qarşı olan hisslərinin tez olduğunu düşünmürsünüz. Bir neçə aydır bir birilərini tanıyırlar amma bu da çox tez müddətdir. O hisslərin niyə belə tez yarandığını ilərləyən bölümdə anlayacaqsınız.

Sizcə kitab necədir, bölümlər ürəyinizcədirmi?

Vote verməyi unutmayaq ⭐

Hələlik ❤️

Yağışın PıçıltısıDove le storie prendono vita. Scoprilo ora