Bölüm 5: Görüş və kurs

632 257 134
                                    

Bölüm 5: Görüş və Kurs

Günəşin şəfəqləri otağımı ağuşuna alanda yavaş yavaş gözlərimi açdım. Payız ayında pəncərədən düşən isti günəş şüaları insana qəribə hisslər bəxş edirdi.

Bu gün saat on ikidə Aytacgillə məktəb vaxtında toplamdığımız kafedə görüşəciyik. Telefonun ekranında 11:08 yazısını görəndə bir anlğına şoka düşmüşdüm. Axşam ən tez saatda yatıb bu vaxta oyanmağım ağılasığmazdı.

Hamam otağında işlərimi bitirdikdən sonra qarderobumu açıb nə geyinəcəyim haqqında fikirləşirdim.

"Cins şalvar?"

"Hmm, yox"

Gözüm bir il əvvəl aldığım amma geyinmək nəsib olmadığı qara qələm ətəyə sataşdı. "Hmm bax bu olar" deyib ətəyi geyindim. Üstünə isə ağ sadə koftamı geyinib ucunu da düydüm. Hə, klassiklikdən ancaq belə qurtula bilərəm.
Gözlərim aynadakı solğun üzümə sataşdı. Tanrım, ölüyə oxşayırdım.
Bir az makiyaj edib üzümə rəng qatdım. Ən azından indi insana oxşayıram. Saçlarım daradıqdan sonra fen çəkməyə ehtiyac qalmadı. Saçlarım anadangəlmə düz olduğu üçün şanslıyam.
Üzərimə yasəmən ətirli parfüm sıxdım. Kiçik əl çantamı, və dəri pencəyimi götürüb qonaq otağına keçdim.

Mətbəxdən qonaq otağına qədər uzanan qayğanaq qoxusuna üzümü buruşdurdum. Bəli yumurta və onun olduğu şeylərə nifrət edirəm. Bütün xeyirli şeylərin dadı bərbaddı.

Bir stəkan çay və kiçik qurabiyədən yedikdən sonra ayaqqabılarımı geyinib binadan çıxdım.

Aytac bizim binanın arxasında kı, küçədə qalırdı. Əmisi oğlu gəlməsəydi onunla gedəcəkdim.

Yanımdan ayırmadığım qulaqcıqlarımı çıxarıb "Little do yo know"-un sədaları altında abtobusdakı yerimi tutmuşdum.

Ayaqüstə duran xalaların mən tərəfə atdığı ölümcül baxışlarına məhəl qoymayıb üzümü pəncərə tərəfə çevirdim. Normalda həmişə xalalara yer verirəm. Hörmətsiz qız deyiləm yəni. Sadəcə bu gün yer vermək içimdən gəlmədi :d

Kafe avtobus dayanacağının yaxınlığında yerləşirdi. Avtobusdan düşdükdən sonra Aytac mənə zəng edib, kafeyə gəldiklərini söyləmişdi. Kafenin qapısını açıb içəri girdikdə gözlərim bizimkilərini axtarırdı.

Pəncərədən çölü izləyən biri diqqətimi çəkdi. Yox, belə təsadüflər ancaq filmlərdə olur. Bəli bu dükandakı gözünün önünü görəməyən oğlandır. Aytacın mənə yaxınlaşdığını gördüyümdə gözümü ondan çəkdim.

"Quzum, gəlmiş. Xoş gəldin, çox gözəl olmusan"- Aytac mənə ağzı açıq baxıb başdan aşağı məni süzdü. Orada oturan həmin oğlansa biz tərəfə baxıb qaşlarını çatmışdı. Onun tərəfinə gözümü süzüb Aytaca dedim.

"Təkcə sənsən? Hanı bizimkilər?"

Aytac məni əlimdən tutub həmin oğlanın yanına gətirdi. Nə etdiyinə anlam verə bilmədim.

"Tanış ol. Raul, əmimoğludur. Raul, bu da mənim 8 illik dostum, hətta bacım Lalə".

Nə olduğunu anlamırdım. Bu qədər təsadüf mümkün ola bilərdimi?
Gözlərimi donmuş şəkildə Raulun üzünə zilləmişdim.

"Məmmnun oldum Lalə".

"Məndə"- deyib gülümsədim.

Heç vaxt o oğlanın Aytacın əmisioğlu olacağı ağlıma gəlməzdi. Ah, nə deyirəm mən hardan biləcəkdim ki. Nəysə, olar belə şeylər Lalə təsadüfdü.

Yağışın PıçıltısıWhere stories live. Discover now