Bölüm 18: Gecə

347 207 49
                                    

Bölüm 18: Gecə

"Yox, mən güclü deyiləm"

Lalə və Raulun qəbul imtahanı verəcəkləri bina fərqli olsa da aralarında təxmini iki kilometr yol var idi. Raul maşını ilə Lalənin imtahan binasına ötürüb, "uğurlar" dedikdən sonra özü də imtahan verəcəyi binaya daxil oldu.

***

İyul ayı olduqca isti keçirdi. Raul marketdən aldığı soyuq suları da maşından götürüb, imtahanın keçirildiyi məktəb binasının həyətində oturmuş, gənc qızın yanına yaxınlaşdı. Hər iksinin üzündəki təbəssüm, imtahanın yaxşı keçdiyinə işarə idi.

"Ən azı 500 gözləyirəm"- deyib Lalənin yanında-skamyada  oturdu. Əlindəki su şüşəsini Laləyə uzatdı. Lalə şüşəni əlinə aldığı kimi, qapağını açıb suyu içməyə başladı. Hər qurtumda udqunması, fərqinə varmasa da Raulun bədənində qarışqaların gəzməsi hissinin yaranmasına  səbəb olurdu. Su şüşəsindəki suyu yarıya endirib, qapaqla şüşənin ağzını bağlayıb dedi.

"Stressli olduğuma görə, çox susamışdım. Su kimi ömrün olsun."

Raul qəmzəsini bəlli edəcək şəkildə gülümsəyib dedi.

"Birlikdə."

Lalənin yanaqları özündən asılı  olmadan qızarmağa başlamışdı, bunun fərqinə vardığı üçün söhbəti dəyişmək istədi.

"Mən isə 450 gözləyirəm" -deyib gülümsədi.

"Niyə? Mən səndən 700 gözləyirəm mən" Raulun kiçik bir qəhqəhə atıb dediyi söz Lalənin qaşlarının çatılmasına səbəb olmuşdu.

"Tarixi bərbad yazdım. İmtahan suallarını görəndə bütün bildiklərim, ağlımdan uçdu getdi."- bu sözündən sonra dodaqlarını uşaq  kimi büzdü.

"Dedi, imtahan günü də tarix təkrarlayan qız"- Lalə Raulun bu sözünə çiyin çəkdi.

"Eh, bir faydası da olmadı.  "- deyib üzünü buruşdurdu gənc qız.

"Mən sənə inanıram, sənin də özünə inanmağını istəyirəm. 700 bal yığa bilməsən də, məndən çox yığacağına əminəm"

"Bax sən... Az öncə belə demirdin amma"

"Mən sənə az öncə də inanırdım, indi də inanıram... Və gələcəkdə də  inanacağam."-gənc adamın dediyi sözlərin təsiri altına aldığı qızın gözlərinə, gülümsəyən gözləri ilə baxdı. Lalə də eyni təbəssümü ona bəxş edib:

"mmm... Mən çox acam. Bəlkə artıq evə gedək?"- dedi.

Gənc adam yenə Lalənin söhbəti dəyişməsi ilə üzünü asdı. Sonra özünü toparlayıb başı ilə təsdiqlədi.

İki gəncdə maşına doğru illərlərkən, Lalə hələdə Raulun yanında niyə bu qədər həyəcanlandığını düşünürdü. Bir müddət belə düşünməyə davam edəcəkdi, ta ki cavabını tapana qədər.

***
Lalə artıq naharını etmiş, dincəlmək üçün otağına çıxmışdı. Günün stressi ilə özünü olduqca yorğun hiss edirdi.Yatmaq istəyirdi ki, telefonuna gələn bildiriş səsi ilə, yumduğu gözlərini açıb, baş ucundakı telefonunu götürdü.

Rauldan bir yeni ismarıc var idi.

Raul: Əgər məşğul deyilsənsə sabah sahilə gedək? Əminəm ki, olduqca stressli və həyəcanlısan. Dəniz yaxşı gələr)

Lalə mesajı oxuduqdan sonra gözləri parladı. Dənizi seyr etmək onun üçün çox gözəl məşğuliyyət idi. Dənizin mavi dalğaları onu bu dünyadan çəkib, başqa dünyaya aparırdı sanki...

Yağışın PıçıltısıWhere stories live. Discover now