Bölüm 1: Əvvəlki kimi

1.9K 405 311
                                    

Bölüm 1: Əvvəlki kimi
"Bu söz çox incidir məni"

Bəzən yaradılışımı sorğulayıram.Çünki bilirəm ki, hər kəsin bu dünyaya gəlməsinin bir səbəbi var. Sizdə mənim kimi gecələri gözünüzü tavana dikib bunları düşünürsüz? Mən düşünürəm. İlk doğulduğum gündən bu yana həmişə bir əksiklik hiss etmişəm özümdə. Sanki bura aid deyilmişəm, uzaqlarda bir yerdə sanki məni gözləyən biriləri var deyə düşünmüşəm. Sanki puzzel'ımın əksik parçası varmış kimi bir hiss vardı içimdə. Yuxularım belə mənə indiyə qədər bir yalanı yaşadığımı söylərcəsinə kabuslarla əvəz olunurdu.

"Lalə, qızım getmək vaxtıdı"- düşüncələrimi bölən anamın səsi idi. Otağımdan aşağı düşdüm. Gözlərim evin qapısının yanında məni gözləyən anamla rastlaşdı.

Gülümsədim...

Gülümsədi...

Boğazımı təmizləyib sözə başladım.

"Sən gəlmə. Özüm tək getmək istəyirəm." Sözümü kəsəcəkkən dilləndim.

"Beləsi mənim üçün yaxşı olacaq."

Heç nə demədən başı ilə təsdiqlədi. Sonra yanağıma büsə qoyub dedi.

"Ehtiyatlı ol. Çatanda da , oradan da evə gələndə xəbər elə. Ağlım qalmasın səndə."

"Yaxşı"- ayaqqabımı geyindikdən sonra küçəyə çıxdım. 300 metr sonra dayanacaq var idi. Qulaqcıqlarımı çıxarıb qulağıma taxdım. Ən sevdiyim mahnını da açdıqdan sonra yola düşdüm.

* * *

Avtobusda pəncərə tərəfdəki oturacaqlarda oturmuşdum. Avtobusdakıların göz həbsindən qurtulmaq üçün pəncərədən çölü izləyirdim. Qulağımda qulağcıq, çölü izləməyi sevirdim. Əlimdə tutduğum telefonun titrəməsi ilə gözlərimi pəncərədən çəkib telefonuma zillədim. Zəng eliyən Səidə xanım idi.
"Alo" deyib qarşımdakının cavab verməsini gözlədim.
"Alo Lalə. Qızım mən gecikəcəm. 20 dəqiqədir tıxacda qalmışam. Amma çatacağam. Evdən bir az gec çıxarsan... Çıxmısan evdən?"
"Yox indi çıxırdım"- yalan söyləmişdim.

"Yaxşı mən xəstəxanaya çatmamış sənə xəbər verəcəm. Hələlik."

"Hələlik"

* * *

"Ata mən gəldim...Əslində sabah gəlməyi düşünürdüm, amma bu gün psixoloqum gecikəcəyini söylədi."- deyib əlimdə olan qərənfilləri məzarın üstünə qoydum. Sonra gözlərimdən axan yaşlara məhəl qoymadan danışmağa başladım.

"Sənin üçün çox darıxmışam ata... Sən getdin mən yarım qaldım."- son cümləmi söylərkən hönkürdüm.

"1 il oldu sənin getdiyin. Gələ bilmədim, bağışla məni. Hər şeyi öyrəndim ata...19 ildir məndən gizlətdiyiniz hər şeyi..."- bir az durdum göz yaşlarımı sildim. Sonra sözə başladım" Fatma xalam bizə gəlmişdi, sənin getdiyinin 5.ci günü. Məndə otağımda oturub səninlə olan şəklimizə baxıb ağlayırdım. Sonra qonaq otağına keçmək üçün otağımdan çıxdım. Qonaq otağının qapısı açıq idi. Sonra nə eşitdim bilirsən? Anam ağlıyaraq "O mənim gerçək qızım olmasada onu çox sevdim, Fərhad da mən də onu çox sevdik.Bir gün belə onun övladlıq olduğu ağlımıza gəlmədi." dedi. Sənin gedişinlə bütün dünyam üstümə yıxılmışdı. Bunu öyrəndiyimdə isə sanki son nəfəsimmiş kimi çırpınırdım. Sonra oradaca yıxılmışam, günlərcə xəstəxanada yatmışam. Ağladığım günlər çox oldu ata. Anama 8 ay sarıla bilmədim. Çünki iki xəbərin acısını qaldıra bilmədi gücsüz ruhum. İndi də ruhumu sağaltmaq üçün psixoloqo gedirəm. Sırf anam pis olmasın deyə... Mənim ruhum çox yorulub ata. Yanına gəlməyi o qədər çox istəyirəm ki... Amma anama söz vermişəm əvvəlki kimi olacağam. Əvvəki kimi... Bu söz çox incidir məni. Ola bilməyəcəyəm sən yoxkən ola bilməyəcəyəm əvvəlki kimi. Keşkə bu soyuq məzardan çıxıb, yenə Lalə'nə sarıla bilsən..."- dediyimdə göz yaşlarım yenə gözlərimdən intihar edərcəsinə yanağıma süzüldü.

Telefonumdan gələn səslə az da olsa qorxmuşdum. Niyə qorxdum, axı mən atamın yanında heç nədən qorxmazdım...

Zəng eliyən Səidə xanım idi. Telefonu açıb, qulağıma apardım. Heç bir cavab vermədən, danışmasını gözlədim.

"Lalə, mən 10 dəqiqəyə xəstaxanda olacağam sən də..." Deyərkən sözünü kəsdim.

"Məndə 15 dəqiqəyə orada olaram."

"Yaxşı qızım"- telefonu qapadıb cibimə qoydum.

Yenə atama çevrildim

"Ata, mən indi getməliyəm, verdiyim sözü tutmalıyam. Bir daha ki gəlişimdə gücsüz Lalə görməyəcəksən"- torpağını oxşadım, göz yaşlarım yanağımdan bir bir süzülərkən dedim

"Səni çox sevirəm ata."

__________

Salam bunu oxuyan gözəl gözlülər *-*
Mən Fəxriyyə :)
Yazdığım ilk kitabın ilk bölmünü oxuduz. Çox həyəcanlıyam. Olduqca təsirli bir bölüm oldu. Hər cümlədə özümü Lalənin yerində hiss edərək yazdım. Lalə həyatının ən çətin vaxtlarını keçirir. Ancaq hər çətin günlər bir gün sona çatır. Bu yazdığım ilk kitabdır. Spoi vermiş kimi olacaq amma əmin ola bilərsiniz ki kitabımız xoşbəxt sonla bitəcək. İnanıram ki, yorulmuş ruhlarımız bir gün hüzuru tapacaq. Hər pis gün bir gün yaxşı günlərlə əvəzlənəcək. Heç vaxt ümidinizi itirməyin :^)

Dəstəyinizə çox ehtiyacım var. Aşağıdakı kiçik ulduzu mənə bəxş edib, ilk bölüm haqqında fikirlərinzi yazsanız məni çox sevindirərsiz.
Bir sonrakı bölümə qədər hələlik :)

Yağışın PıçıltısıWhere stories live. Discover now