Bölüm 13 : Bağışla

449 205 66
                                    

Bölüm 13: Bağışla

"Çünki sən sevmisən... Yağışı, günəşi və bütün gözəllikləri."

Həyat haradan başlayır? Dünyaya gəldiyimiz gündənmi? Yox bu çox sadə cavabdır. Bəlkə həyat ilk dediyimiz kəlimədən başlayır? Ya da həyat gözdən əlil bir insanın illər sonra gözünü açıb gördüyü doğmalarının ətrafında doğulur? Cavablar çoxdu, amma  hər kəsdə həyatı bir nöqtədən sonra başlayır. Mənim də həyatım acıların gözünün içinə baxıb gülümsədiyim zaman başladı. Günlərdir bədənimdə dolaşan ağrı kəsicilər, damarlarımda izi qalan iynələr məni həyatın gerçək üzü ilə tanış elədi. Hə, həyatı onun ikinci üzünü tanıdıqda anladım. Mənim həyatım yalanların dövrə vurduğu bir boşluq idi. Gün keçdikcə məni içinə çəkən bir boşluq...

Dərsə qulaq asmaqdansa pəncərədən çölü izləyirdim. Yağışdan islanmaqdan qorxan insanları... Mən isə tam tərsinə dərsin bitməsini gözləyirdim ki yağan yağışın altında dəli kimi qaçım. Yağış mənə göz yaşlarımı, sevincimi xatırladır. Yağışdan sonrakı toz qoxusunda özümü, keçmişimi, gələcəyimi tapıram.

"İnsanlar mələklərdən niyə qaçır?"- Raulun qüsursuz səs tonu ilə gözlərimi pəncərədən çəkib yaşıllığa - Raulun gözlərinə dikdim.

"Nə?"

Üzünə o məşhur təbəssümünü yerləşdirib dedi.

"Yağışın hər damlasında bir mələk yerə enir deyirlər. Bunu deyən insan övladı hər zaman yağışdan qaçır."

"Yəqin mələkləri incitmək istəmirlər"

"Tam tərsi Lalə. Onlar incinmək istəmirlər. Düşünürlərki kiçik su damcıları onlara xəstəlik bəxş edər. Günəşin şüaları altında gəzmək istəmirlər. Fikirləşirlərki günün isti şəfəqləri onlarda günvurma ilə nəticələnər. Təbiəti izləmirlər sırf özlərinə zərər dəyməsindən qorxurlar. Anlamırlar ki insan Günəşi,yağışı bunlar kimi təbiətin bir parçasını sevsə, onlarada sevgisini ötürsə onlar insana heç vaxt zərər verməz".

Sölədiyi hər şeydə doğruluq payı vardı. Qurduğu bu cümlələri zehnimə yazıb dedim.

"Mən heç vaxt yağışın altında gəzəndə xəstələnməmişəm. Heç vaxt günəşin şüalarından zərər görməmişəm"

Sadəcə 3 saniyə... Gözümün içinə o qədər dərin baxdı ki o dərinlikdə boğulmamaq mümkün deyildi.

"Çünki sən sevmisən... Yağışı, günəşi və bütün gözəllikləri.."

***
Kursun həyətindən çıxanda artıq yağış yağmasını dayandırmış, yerini xəfif əsən soyuq küləyə vermişdi.

Dodaqlarımı uşaq kimi büzdükdən sonra Raul ilə birlikdə maşına doğru addımladıq.

"Heyif yağış daha yağmır. Yağsaydı maşınla getməyəcəkdim."

"Yağış yağsaydı birlikdə dayanacağa qədər gedərik. Amma əhvalını pozma bundan sonra çox yağışlar görəcəyik"

Son dediyi cümləsinə səbəbsizcə gülümsədim.

***
"Anana danışmaq fikrin var?" - sükan arxasında olan Raul gözünü yoldan ayırmadan soruşdu.

Məndə arxa oturacaqda oturmuş gözümü pəncərədən çəkmədən dilləndim.

"Düşünürəm ki nə qədər tez desəm o qədər asan olar. Ona görə bu gün demək istəyirəm."

***

Maşının qapısını açıb enəcəkkən Raul dedi.

"Hələlik"- gözümün içinə baxıb gülümsədiyi zaman məndə ona eyni gülümsəməni bəxş edib dedim.

Yağışın PıçıltısıWhere stories live. Discover now