Bölüm16: Söz

374 213 76
                                    

Bölüm 16: Söz

"Həmişə yanında olacağam"

Lalənin dilindən

Dayanacaqda dayanmış, avtobusun gəlməsini gözləyirdim. Qulağımda qulaqcıq, yenə kursa gedirdim. Bu dəfə evdən tez çıxmışdım. Raulun maşınında problem var idi deyə təmir eləmək üçün servisə aparmışdı. Birlikdə avtobusla getməyi təklif etsədə mən evdən çıxarkən ona xəbər vermədim.

Niyə belə etdim?

Çünki onun yanında olarkən heç nəyi düşünə bilmirəm. Sadəcə dərslərdə bir az düşünsəm də bu mənə yetmir.
Düşünməsəm mən mən deyiləm sanki.

Raulun varlığı məni dəyişdirdi.

Bir neçə dəqiqə sonra avtobus gəldi və hər kəs avtobusa tərəf yönəldi. Əzilmək istəmədiyim üçün gözlədim.

Hər kəs avtobusa mindikdən sonra məndə mindim. Ən arxada pəncərə kənarının boş olduğunu görüb orada oturdum və pəncərədən yolu izləməyə başladım.

Qulağımı dolduran musiqinin səsi ilə özümü göydə süzülürmüş kimi hiss etdim.

Gözlərimi qapadım və alnımı pəncərəyə söykədim.

"Heç tanımadığın  gələr hər şeyin olar,
Hər şeyin sandıqların heç nəyin olar.
İtirərsən özünü, fırlanar dünyan.
Dayan... Dayan...

Bu hiss mənə çox yaddır,
O mənə elə bil doğmadır.
Sevdiklərim məni aldadır,
Həyat aldıqlarını geri qaytarır?"

Mahnının hər sözü sanki mənə yazılmışdı. Hər sətrində məni anladırdı. Dinlərkən bütün həyatım gözlərimin önündən keçdi.

Aldığım nəfəs qəlbimə yük olarkən gözümdən bir damla yaş dodaq kənarımı islatdı.

Bir aydır ki, ağlamırdım, düşünmürdüm. Lənət olsun ki, tək başıma qalanda göz yaşlarım firar edirdi.

Qulağımı bildiriş səsi doldurduqda mesaj səhifəsinə girib gələn ismarıcı oxumağa başladım.

Yazan Raul idi.

Raul: "Niyə mənə xəbər verməmisən?"

Lalə: "Bir az hava alaram dedim. Kursun yanındakı parka gedirəm. Hələ dərsin başlamasına çox var."

Raul: "Yaxşı, Ehtiyatlı ol"

Lalə: "Hələlik"

Telefonu kiçik çantama atdıqdan sonra qulaqcığımı da çıxardım.

Gəldiyim yerə çatdığımda ayağa durdum və avtobusdan düşmək üçün qapının yanın  gəldim.

                                              ***

Parka gəldiyimdə qolumdakı kiçik saata baxdım.

09:10

Dərsin başlamasına 1 saata yaxın vaxt var idi. Odur ki, yaşıl çəmənlərin arasında olan boş skamyaya keçib oturdum. Dekabr ayı olsa da hələ günəşin şüaları yeri isidirdi. Ətrafdakı insanlar gözəl havanın keyfini çıxarırdılar.

Dört bir tərəfimdəki yaşıllıqları izlərkən gülümsədim. Yaşıl rəngini çox sevirəm. Uşaqlıqdan bəridir ki, yaşıl gözüm olması üçün hər gecə Allaha dua edərdim. Səbəbi ən yaxın dostumun gözləridə yaşıl idi və mən onun gözlərinə heyran idim.

Yağışın PıçıltısıWhere stories live. Discover now