Translation Games: Azerbaijani / Azərbaycan Dili

20 5 2
                                    

Şam Yeməyi Görüşü

By sdvale

tərcüməçi: mensemortuis 


O məhv etmək üçün dünyalar arasındakı boşluqdan gəlir. Zərif, ahtapot qolları olan, ülvi bir gücdə, pilləkənlərdən yuxarı sürünür... Sakit ev, sakit gecə. O onların insanlıqlarını, qan vuran həssas ürəklərini qoxlayır. Hara getdilər?

Başqa bir qoxu diqqətini ovdan başqa bir istiqamətə çəkir. Təxribatverici, azdırıcı, tam olaraq cazibədar. Dəzgahın üstündə bir boşqab və onun içində —başqa bir ahtapot qolları olan məxluq? Sanki insanları parçalayıb pis bir şəkildə qarışdırılmış kimi; solğun, incə, qıvrımlı, qırmızıya bulanmış və çəkilmiş ət.

Qeydə yazılanı oxuya bilmir: Spagetti Gecəsi!

Qəribə bir həyəcan onun qəlbini ovsunlayır. Yoxsa bu hiss etdiyi qan susuzluğudur? Coşğudur? Xeyr ...bu eşqdir.

Tevun-Krus #86 - International V: LovePunkWhere stories live. Discover now