"Ağlama yarım"

294 64 43
                                    

Yandırıb qəlbimi bu həsrət,kədər,
Mənimçün bir dəqiqə darıxdın məgər?!
Hər gün öldüyümü görmürsən əgər,
Öldüyüm zamanda ağlama yarım!
  
Dünyanın malından-mülkündən doyub,
Bütün xəyalları geridə qoyub.
Dayanan qəlbimdə eşqini duyub,
Canlıyam sananda ağlama yarım!
 
Oxuyub sonradan anlayacaqlar,
Məzarım üstünə gül qoyacaqlar.
Bu qara xəbəri tez yayacaqlar,
Sən bunu dananda ağlama yarım!
  
Qurduğun nağıllar əlbət bitəcək
Gözündən pərdələr bir-bir itəcək
Bütün təsəllilər boşa gedəcək
Ürəyin yananda ağlama yarım!

- Hümbət İsmayılov

Şeir ✓Where stories live. Discover now