"Serbest"

67 11 2
                                    

Hər dəfə deyəndə içim yansa da,
Dözərək yenə də,ismini çəkdim.
İnsanlar yazdığımı şeir sansa da,
Sadəcə mən sənin rəsmini çəkdim
  
Saçların küləklə daraqlıdır ki,
Daha gözəl olsa,məst eyləyərdin.
Hələ bir şey mənə maraqlıdır ki,
Görəsən mən getsəm,sən neyləyərdin... ?
   
Bunlar bir parça dərddir sinəmdə
O dərdə mən dərman bilmişəm səni
Ürək bir parça ətdir sinəmdə,
Mən bütün varlığımla sevmişəm səni.
     
Artıq qəm yemirəm,qarnım da toxdu,
Sən mənə kədəri hey daşıyırsan.
Ölmüşəm ya sağam xəbərim yoxdu,
Ölsəm də içimdə sən yaşıyırsan!

Şeir ✓Where stories live. Discover now