"Lal təbiət"

35 7 2
                                    

Edirdin ilhama sahiblik axı.
Yalandır bu yaz bu sakitlik axı.
Nədir bu susqunluq,sabitlik axı?
Sən də mi lal oldun yaşananlara?
           
Sən özün həm oyun,həm zər olmusan.
Bəzən də zəhərli xəncər olmusan.
İndi sən də mənə bənzər olmusan,
Qoşuldun həyatdan boşananlara.
      
Uça bilməyənə pərlər vermişdik,
Vəfalı bilmişdik, sirlər vermişdik.
Halbu ki, nə gözəl yerlər vermişdik,
İndi qəlbimizdən daşınanlara.

Susmurduq biz belə, şən səsli idik,
Bəlkə də sevincin biz əsli idik.
Bir vaxt ən ümidli, həvəsli idik,
Düşdük hansı şandan hansı şanlara.
   
- Hümbət İsmayılov
        

Şeir ✓Where stories live. Discover now