"Səninçün"

52 8 3
                                    

Boş yerə bir xəyal qalası tikdim,
O sənlə, mən isə onunla çökdüm.
Bütün həsrətini badəyə tökdüm,
Bu gecə son dəfə içdim səninçün!

Baxdım indi bizə onu bildim ki,
Yenə gətirməyir bu bəxt bizimki.
Hər şey bir qırağa, elə sevdim ki,
Mən sənin özündən keçdim səninçün.

Ömrümün ən gözəl avazı oldun
Həm onun baharı, həm yazı oldun
Mənimlə ölümə narazı oldun,
Və tənha ölümü seçdim səninçün.

Aşiqə məşuqla edin təlqini,
Gərəkdir eşqinə olsun yəqini
Qəlbimə əkmişəm sənin eşqini,
Həsrətlər bar verir, biçdim səninçün.

- Hümbət İsmaayılov

Şeir ✓Where stories live. Discover now