"Ilk seni sevmeseydim"

88 15 3
                                    

Mən hər kəsi sevərdim,ilk səni sevməsəydim.
Çoxunu canan bilərdim,ilk səni sevməsəydim.
 
Bir kəs eşitmirdi imdad sözümü
Həsrətlə yollara dikib gözümü
Getdikcə həyatdan bezib özümü
Birdəfəlik silərdim,ilk səni sevməsəydim
 
Şairlər batıbdı dəmin içində
Kimsə bilmədiyi aləmin içində
Bu qədər kədərin qəmin içində
Məncə çətin gülərdim,ilk səni sevməsəydim
 
Zamanın ayları illəri olub
İnsanın nə gözəl günləri olub
İnanki o qədər müştəri olub
Ürəyimi verərdim,ilk səni sevməsəydim
 
Kim kimi saf bilir mələyim deyir
Yalnız odur mənim gərəyim deyir
Səni görüb döyünən, ürəyim deyir
Bəlkə də mən ölərdim,ilk səni sevməsəydim...
Mən hərkəsi sevərdim, ilk səni sevməsəydim <3

Şeir ✓Where stories live. Discover now