"Kaş ki qalsaydın"

84 11 3
                                    

Sevinclər gəlməyir kədərsə getmir,
Çağırsaq xoşbəxtlik bizi eşitmir.
Bu söz çox işlənir,mənası itmir,
Kaş ki,tanıdığım kimi qalsaydın.
       
Dərdini dərindən bilən güldürər,
Acını xoş dillə deyən güldürər.
İnsanın üzünü sevən güldürər,
Kaş sən bu üzü güldürən olsaydın.
           
Siz də, dağılanın dağılın içində,
Bəxbəxt sonsuzluqda nağlın içində.
Heç vaxt çıxmadığın ağlın içində,
Kaş sən də, bir dəfə yada salsaydın.
           
Mənim kədərimin bəlası səndə
Bu qəlbin xoşluğu,səfası səndə,
Eşqin dərdi məndə, dəvası səndə,
Kaş ki bu dərdimə dəva qılsaydın.
     
- Hümbət İsmayılov
             

Şeir ✓Where stories live. Discover now