"real"

166 31 19
                                    

Oturub boş yerə xəyal qururdum
Orda tanışlarım,dostum çoxuydu
Süfrədən ac deyiləm deyib dururdum
Aclığım var idi,pulum yoxuydu..

Dedilər varlı kasıb dünyada olmur
O dünyadı ədalətin əsl bölgəsi
Kasıbın qəbrini görməyə qoymur
Bahalı mərmərin böyük kölgəsi..

Yetimin haqqını yeyə-yeyə biz
Sağımızdan alıb,sola vermişik
Hər şey düzələcək deyə-deyə biz
Neçə nəsilləri yola vermişik

Guya itkiyə razı qala bilmirik,
Görən nədən razı qalacayıq biz?!
Dostdan əmanəti ala bilmirik,
Düşməndən torpaqmı alacayıq biz?!

Şeir ✓Where stories live. Discover now