"Üzər"

35 6 10
                                    

Yarı az üzülsə,dözməz sevdiyi.
Başqa bir xəyalı gəzməz sevdiyi.
Kim deyir insanı üzməz sevdiyi?
İnsanı ən çox da,sevdiyi üzər.
                            
Qəlbi heç yanmasa,ağlamaz insan,
Həmin yandıranı,danlamaz insan.
Dəyər verən zaman,anlamaz insan,
Onu həmin dəyər,verdiyi üzər.
                                    
Heç bir intiqamla,ölməz ki zərər,
Kimdə olduğunu bilməz ki zərər.
Düşmən bildiyindən gəlməz ki zərər,
İnsanı ən yaxın bildiyi üzər.
                          
Aşiqin gözünü,yardır ağladan,
Bir kimsə yoxmudur,ona anladan?
Sındırıb qəlbimi vecə almadan.
Hələ üstündən də,güldüyü üzər..
          
- Hümbət İsmayılov

Şeir ✓Where stories live. Discover now