"Haqli idim men"

80 15 4
                                    

Bəlkə mən ölərəm üzümə gülsən,
Solmuş həyatımda ,yeganə gül sən
Sən ölən ömrümə həyat verirsən,
Sənə ömrüm deməkdə haqlı idim mən
 
Gün nədir bilmədim,ki sən gedəndən
Qəlbim bir xəbər,axtarıb səndən
Çoxları gördülər xəsislik məndən,
Çün hər gün kədəri təkcə yedim mən.
 
Topladım bir yerə bütün mə'nanı
Dolandım həm yeri həm asimanı
O gözəl üzünü mələk simanı
Bilmədim necə ifadə edim mən
 
Səndə tapdım yaşamın mən həvəsini
Məni istəmirsən, sev özgəsini
İzin ver son dəfə duyum səsini
Barı o dünyaya rahat gedim mən

Şeir ✓Wo Geschichten leben. Entdecke jetzt