"Köhnə dost"

78 7 3
                                    

        Böyük ehtiramla, NigarSadiq -ə ..

Əsr də silinər,bəzən bir ayda.
Etdiyin yaşarsan,həyatda qayda.
Dostum,əvvəlki tək,olmur nə fayda?
Keçmişə yol olsa,ilk mən dönərdim.
                           
Desəm ki nə olub sənə,bağırsan,
Bilərək suçsuzam,yenə bağırsan.
Hər kəsə hirslənib,mənə bağırsan,
Səninçün mən buna yenə dözərdim.
                                   
Üzülmə,unudub hər şeyi,getsəm,
Bəlkə də,haqlısan,üzül mən itsəm.
Yardım eyləyənə,xəyanət etsəm,
Mən də üzülərdim,mən də sönərdm...
                                          
Dostluqda olan o hərarət üçün,
Bir zaman var olan o söhbət üçün,
Yerində olsaydım həqiqət üçün,
Bütün yalanları,əzib gömərdim!
                        
- Hümbət İsmayılov
      

Şeir ✓Where stories live. Discover now