"Bir şeir yaz mənə"

67 9 9
                                    

Bir şeir yaz mənə.
Onun qafiyəsi olaq ikimiz,
Ruhumuz, sevgimiz həm də qəlbimiz.
Əlbəttə, böyük bir xülya,xəyaldı,
Bu cür qafiyəyə sığmarıq ki biz.
   
Bir şeir yaz mənə.
Hər bir misrasında bir sevinc olar,
Sevincə boyanmış hər bir künc olar.
Bir də mənə oxşar olduğun söylə,
Hər misra bir yalan, çox gülünc olar.
  
Bir şeir yaz mənə.
İnsan mənfəətdən çox uzaq olsun,
Hər kəsdə yaşama bir maraq olsun.
Təsvir et ölülər dirilmiş kimi,
Mənim ümidlərim orda sağ olsun.
  
Bir şeir yaz mənə.
Alınmaz, ümidin heç vaxt olmasın,
Bu sözüm qəlbinə heç toxunmasın.
Adını mən deyim vəfa qoy onun,
Amma "dırnağa" al, səhv oxunmasın...
   
- Hümbət İsmayılov

Şeir ✓Where stories live. Discover now