"Kölgə"

38 7 15
                                    

Əslində bir kimsə, dərk etmir səni,
Gözlərin dolanda, xatırlayırsan.
Kölgə qaranlıqda, tərk etmir səni,
Sən işıq olanda, xatırlayırsan.
                            
Bir zaman belə bir qərara gəldim,
Kimə dəyər versən, hamısı gedir.
Kölgəmin rənginə baxanda bildim,
Həyat qaranlığa işarə edir.
                           
Dostlarım bacarıb,görün bir nəyi,
Sirrimdən daha çox, bunu gizləyib.
Məni vurmaq imiş, dostun istəyi,
Bununçün kölgə tək,məni izləyib.
                
Bir gecə bu qəlbim,mənlə danışdı,
Sən demə, ən dərin bölgəsisən sən.
Sənin etdiklərin, mənə tanışdı,
Bəlkə də, həyatın kölgəsisən sən.
                       
- Hümbət İsmayılov
   
Bu da bizdən izah : NigarSadiq

Şeir ✓Where stories live. Discover now