"Ölüm səhnəsi"

33 7 0
                                    

Bir ip düzəldəcəm qaralı-ağlı
Bu rəngli həyatın qıraqlarında
Bir ucu ürəyin boynuna bağlı
Bir ucu ruhumun ayaqlarında

Çox ucuz ölümdür özünü asmaq.
Axmaq insanlar da çox ucuz ölür.
Ürəyi asacam, deyiləm axmaq!
Sizdən daha gözəl öləcəm bu cür.

Ürək yükü ilə qalxa bilməsə,
Ruhum geri dönsə,demək ölübdür.
Yox əgər güc olsa, bacarsa nəsə,
Yerə tez enməsə, ürək ölübdür.

Ruhum ürəyimi tək daşıyanda,
Paxıllıq etməyin mən gülən zaman!
Mən ki qısqanmadım siz yaşayanda,
Siz də qısqanmayın mən ölən zaman...

Anların yaxalanmağa sevdindiyi an @NigarSadiq şəkil çəkdiyi andır.

"Hər vaxtınız şeir" ...Onde histórias criam vida. Descubra agora