Atamdan

5 2 2
                                    

Günahkar nə nəfsim, nə iblis deyil.
Bu yolu taleyim seçibdir mənə.
Qədri bilinməmək özgə hiss deyil,
Birbaşa atamdan keçibdir mənə .

Kömək istəyənin dadına çatar,
Əlacsız qalsa da, əl açmaz özü.
Özü qazanmasa, dözər, ac yatar,
Özgənin malında olmaz heç gözü.

Hər kəsə xoş olan sözü söyləyib,
Özünün canından hər an bezməyi.
Mümkün olmayanda inad eyləyib,
Uğura çatanda əlin üzməyi...

Zəngin olmaq deyil imkanlı olmaq,
Zənginlik paylaşıb ötürdüyümdür.
Bəxtin bəd olsa da vicdanlı olmaq,
Atamdan gördüyüm, götürdüyümdür.

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now