"Səs-soraq"

56 14 6
                                    

Ömrümün çox ili üçün çalışdım,
Düzü onlar üçün xeyli vuruşdum.
Xoşbəxt oldunuzmu deyə soruşdum,
Heç bircə ilimdən yoxdu səs - soraq.
   
Yaşamaq istəyi əlində sirrsə,
Gizlət, ölüm alar əlində görsə.
Hər şey insanın öz əlindədirsə,
Bəs niyə əlimdən yoxdu səs-soraq?
  
Xəyal aləmində olanda fürsət,
Qurub yaradaram sizlərə Cənnət.
Amma reallıqdan gedirsə söhbət,
Tutulur, dilimdən yoxdu səs-soraq.

Torpağa sirr açdım, satdı göylərə,
Bəlkə də dözməyib atdı göylərə.
Mənim səs-sorağım çatdı göylərə,
Yenə bu ölümdən yoxdu səs-soraq
 
- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now