"Ürək niyə döyünürsən?"

43 9 4
                                    

Şeirin səsli forması yuxarıda ⬆️

Çox edibsən gümanla səs,
Ümid yoxdu, sən anla, kəs!
Barışmırsan zamanla bəs
Ürək! Niyə döyünürsən?!

Üsyanı etdin ənənə.
Şükr etmədin qəmli günə.
Bəs sevinc verəndə sənə
Fələk, niyə bəyənirsən?

İlham verdin, qələm dindi.
Oxunmadı, pis bilindi.
Utanasan sən də indi
Gərək, niyə öyünürsən?

Külək əsər, tufan olar.
Bu təbiət üryan qalar.
Bəlkə ruhu candan alar
Külək, niyə deyinirsən?

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now