"Ölmə" (ithaf)

52 11 11
                                    

Hüzn artar, vərdiş olar,
Belə acı gülüş olar?
Çətin bir də gəliş olar,
Yaşa hələ, hələ ölmə...
 
Bilirəm, bir diləyin var.
Dərində çox istəyin var.
Yaşanmamış çox şeyin var,
Yaşa hələ! Hələ ölmə!
 
Sənin üçün nur görülər,
Bəlkə bir fürsət verilər?
Dərdin ölər, qəlb dirilər,
Yaşa hələ! Hələ ölmə!
 
Sağalmazmı heç yaralar?
Niyə hamı qəlb yaralar?
Vurulmamış çox yara var?
Yaşa hələ... Hələ ölmə!
 
Heç bunlara səbəb bilmə.
Eybi yoxdu ağla, gülmə.
Parça-parça olub ürək,
Parçaları Sən də bölmə...
Qurban olum! Belə ölmə...
Yaşa hələ... Hələ ölmə...

@NigarSadiq

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now