"Bir can neçəyədir?"

38 6 2
                                    

Bir can almaq neçəyədir bu dünyada?
Bir az torpaq, bir az ölkə ya ada?
Beş qarış torpağa neçə can düşür?
Axı can alanda, o torpağa qan düşür...
 
Neçə ana fəryadıyla
Neçə şəhid övladıyla
Zəfər, uğur adıyla,
Torpaq almaq olurmu?
 
Olursa bəs ürəklərdə,
Xəyallarda, diləklərdə
Ələ möhtac kürəklərdə
Boş qalan yer dolurmu?

Körpələrin, uşaqların boğazından kəsərək
Yol gözləyən gözlər kimi yollarından küsərək
Olan-qalan xoşbəxtliyi aparmaqçün əsərək
Alınan torpaq ilə neçə can dəyişilir?
Əvəz edirmi torpaq?
Qayğı göstərə bilir?

Yetim qalan başlara
Sığal çəkirmi torpaq?
Ona düşən yaşlara,
Yaşın tökürmü torpaq?
 
Can bahasına olan nə qazandız? Siz deyin!
Barı qədrini bilin, canınıztək gözləyin.
Sevərək əzizləyin.
Bir vaxt yaranan dünya bir vaxt dağılan zaman
Torpaq qalsın, gizləyin...
Belə ucuzdursa can, haqqınız var, inciyin...

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now