Mən səni gözümdə böyütmüşəmmmiş

6 1 2
                                    

Açmısan dünyaya göz əllərində,
Dilin də tutubdur söz əllərində.
Səni anan, atan öz əllərində,
Mən  səni gözümdə böyütmüşəmmiş.
  
Bir az olsun təlaş, unudulursan...
Haqqı var axsın yaş, unudulursan...
Sən də yavaş-yavaş unudulursan,
Mən səni gözümdə böyütmüşəmmmiş
  
Nə qədər sevilsən, adi adamsan.
Günəş kimi gülsən, adi adamsan.
Mələk də deyilsən, adi adamsan,
Mən səni gözümdə böyütmüşəmmmiş...

Özünü hər kəslə bir tutsan belə,
Özün dəyərini unutsan belə,
Sən səni gözümdə alçaltsan belə,
Mən səni gözümdə böyütmüşəmmmiş.

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now