"İroniya"

219 32 19
                                    

Qırıq qol, qırıq çiyindir,
Baxırsan düz ümidimə.
Deyiblər su kiçiyindir,
Əvvəlcə süz ümidimə.
   
Ağlından keçirəm hələ?
Mən buna da dözüm, keçsin.
Yaşlılara hörmət elə,
Qoy birinci gözüm keçsin
      
   Dərd istəsən qalaq-qalaq,
Xəyanət görməyin gərək.
Bəlkə bir də aşiq olaq?
Tərli-tərli su içək...

Gəl sıxışaq sənlə əl,
Bu dostluğa mən varam.
Şərti şumda kəsək gəl,
Olacaq neçə yaram?
  
- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now