"Çörək bişirdim"

33 5 7
                                    

Ürəyim bir zaman qayğını duydu.
Etdi fədakarlıq, hisslərə uydu.
Götürüb dizinin üstünə qoydu,
Kimi ki ac görüb çörək bişirdim.
  
Çox dərdə şəriklik edib ağladım.
Qorxuram qalacaq sonda "yaş" adım.
Hər dost sandığıma kürək yasladım,
Kürəkdə mən min bir kələk bişirdim.
 
Yenə davam etdim yeni maraqla,
Zülmətdə ümiddən yanan çıraqla.
Gözümdən axan bu isti bulaqla
Baxanda səmaya, fələk bişirdim...
 
Beləcə min ağrı, min acı oldu.
Ağrı da ağrının əlacı oldu...
Təcrübə qəlbimin baş tacı oldu,
Mən dərd alovuyla ürək bişirdim.

- Hümbət İsmayılov
İzahlı lüğət kimi şəkillər : NigarSadiq

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now