"Hiss edirəm"

47 5 19
                                    

Hər nəfəslə ömürdən bir gün silirəm.
Hər yol sənə gəlir ey Tanrı! Gəlirəm.
Ətrafımdakı hər kəs ölüb bilirəm
Bilirəm çünki matəmi hiss edirəm
 
İnsanlar içinə çıxmaqdan qorxuram.
Alimdən qorxuram, axmaqdan qorxuram.
Qorxuram səmaya baxmaqdan,qorxuram!
Elə yerdə bir səma qəmi hiss edirəm.

Sözlər məna tapmır, sanıram sözüm boş.
Getməyə yer yox, yollar dolu, dizim boş
Ürəyim dolub mənim baxma gözüm boş,
Ağlamıram amma nəmi hiss edirəm.
  

Çıxmaq istəyir can, çalışır ağlı didir.
Hər kəs çıxıb gedir, hər şey çıxıb gedir,
Gedənlər də kədəri toplayır cəm edir.
Var ki bir müəmmə, cəmi hiss edirəm

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Tempat cerita menjadi hidup. Temukan sekarang