"Raketlər"

33 6 4
                                    

Balaca ürəkdə kini, küsü yox.
Məsumdur, qulaqda vəsvəsəsi yox...
Gecə nəvazişli ana səsi yox,
Körpələrə laylay çalır raketlər.

Yeni yaşamışkən həyat vüsalın,
Dadını görmədən müxtəlif anın.
Tanrı bəxş etdiyi təp-təzə canın,
Əllərindən güclə alır raketlər.

Bu ağrı dinərmi bir an qəlbində?
Çox şey kül olacaq yanan qəlbində...
Ailəsin itirən insan qəlbində,
Heç yerə daşınmır, qalır raketlər.
 
Kimə övladının qanlı üzünü,
Birinin yararsız qalan dizini
Birinin görməyən iki gözünü
Yadına daş kimi salır raketlər.

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now