"Tik-tok xanım"

61 11 10
                                    

DİQQƏT! Vulqar ifadələr mövcuddur!

Yeni bir cizgi film çəkilir geniş
Rejissor görünmür, əmr edib gedir.
Adı "tik-tok xanım", özü də vərdiş,
Bütün çəkilənlər riayət edir.
  
Axına qoşulub axan xanımlar
Bilmir bataqlığa düşüb yuyunur.
Yeni əmrlərə baxan xanımlar
Soyun! Əmri alsa çıxıb soyunur...
 
Zənn edir azaddır, elə öyünür.
Özünü müasir bir insan sanır.
Heyvan yerindədir hələ öyünür
Uzunqulaq kimi "hoş"a aldanır!
  
Bu filmi izləyib, bu filmə baxıb,
Bir nəsil bununla böyümür bəyəm?
Baş rollar kamera önünə çıxıb
Gülərək söyləyir : mən fahişəyəm!
 
Gələcək onların əlindədir bil!
Firəvan həyatın təməl canları...
Sizinçün yaradır böyük bir zibil,
Virtual aləmin qəhrəmanları!
 
Yazardım mən hələ bu harasıdır
Təqatim yoxdur, bu, üz qarasıdır
Bunu da bir düşün bu cür adamlar
Gələcək nəsilin bir anasıdır...
 
İnsan təlqin edir, şeytan vəsvəsə
Gəncləri bu oyun salır həvəsə
Əgər bu zehinlər təmizlənməsə,
Böyük ayıb olsun susan hər kəsə!

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now