Sözləri çələngtək düzəldim sənə.
Baxacaq mən qədər gözəl kim sənə?
Bu gözəl vəsfi də yönəldim sənə,
Nə gözəl xəlq edib Yaradan səni!
Əlimdən tutanda çıxdım zülmətdən.
Səninlə oyandım dərin qəflətdən.
Əgər gətirməsə Allah Cənnətdən,
Mən tapa bilərdim haradan səni?
Cənnətdən gəlibsən bəli, məncə, sən.
Dünyam Cəhənnəmdir məndən incisən.
Qəlbinin içindən gördüm, incisən!
Özgələr sansa da sıradan səni.
Bu eşqdir, yolunda xeyli kədər var.
Səbirlə gözəlsən, sonda zəfər var.
Baxma aramızda məsafələr var,
Doğma hiss edirəm buradan səni...- Şair Hümbət İsmayılov
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!