Üçüncü fəsil

42 5 7
                                    

Aida bu yola çıxarkən Ruhan Muradsoy haqqında kitab yazmağı planlasa da özünü saxlaya bilməyib Amil Nəzərovla müsahibəsini bloqunda paylaşmışdı. Aidanın bloqunun reytinqləri isti yay günlərində üfüqə qalxan günəş kimi qalxmışdı. Gələn rəylər də dəniz sahilindəki balıq qulaqları qədər bitməz-tükənməz görünürdü.
- Ruhan Muradsoy elmin yeni ümidi idi. O, bütün dünyanın gələcəyi idi. Yaşasaydı, hələ çox şeylər edə bilər.
- Ruhan kimi bir adamla bir müddət də olsa, zaman keçirə bildiyim üçün özümü şanslı hesab edirəm.
- Ruhan Muradsoyu tanıdığım ilk gün bu insanın fərqli olduğunu anlamışdım.
- Ruhan Muradsoyu bir cümlə ilə təsvir etsəydim, belə deyərdim. Ruhan cəsarətli bir elm təmsilçisi idi.
- Ruhan yeriyən ensiklopediya idi.
Keçmişin addımları çıxardığı səslərlə bu səssizlik qaranlığına işıq saldığını düşünürdü. Çünki, keçmiş elə düşünür ki, qaranlığa işıq salacaq yeganə səs onun addımların qopardığı hərarətdi. Amma, bir şey qaranlıqdırsa və keçmişdə qalıbsa, unudulmağa məhkumdur. Qaranlığa salınan işıq ümumi mühitin sadəcə bir parçasını göstərərək, hər şeyin aydınlandığı illuziyanı insanlara təqdim edir. Beləcə, qaranlıq öz müəmması və ziddiyyəti ilə mövcudluğunu sürdürməyə davam edir. Necə ki, Ruhan Muradsoy haqqında yazılan rəylər də bir mənalı olmaqdan uzaq, müəmmalı və ziddiyyətlidir idi.
- Ruhan Muradsoy bəlkə də savadlı adam idi. Amma özündən razı və bütün insanları alçaldan biri idi. Daima, özünü təsdiqləməyə çalışırdı.
- Ruhanın heç düz-əməlli savadı da yox idi. Ondan daha istedadlı insanlar var ki, heç üzə çıxmırlar. Ruhanın sadəcə özünü təqdim etmə və gözə soxma bacarığı var idi. Nobel mükafatını da onsuz da kimə gəldi, verirlər.
- Ruhan insanları alçaltmaqdan zövq alırdı. Bəzən, düşünürdüm ki, onun tək əyləncəsi budur.
- Ruhan Muradsoy haqqında bu gün çox şey danışırlar. Ondan bir "əfsanə" kimi bəhs edirlər. Amma, onun əfsanəsini yaradanlar elə özü və dostları idi.

Amil Nəzərov ofisində oturub bu rəyləri oxuyurdu. Dostu haqqında bu cür müsbət və mənfi rəylər onun daha əvvəllər də qarşısına çıxırdı. Onda Ruhan yaşayırdı və Amil müəllimin də 25 yaşı var idi. Amil müəllimin sadəcə Amil olduğu bu dövrdə o mənfi rəylərə cavab yazar və ağız dalaşına çıxardı. Keçmişin pəncələri yenə Amil müəllimə uzanır və onu yenə də dostunun müdafiəsinə səsləyirdi. Amma, artıq bunu edə bilməzdi. Cəmiyyətdə tutduğu mövqe və sahib olduğu sosial kredit onun bu cür skandallarda görünməsini tövsiyə etmirdi. Amma səbəb həqiqətən bu idi. Bəlkə də, səbəb daha dərinlərdə yatırdı? Bəlkə də, səbəb bu idi ki, Amil müəllim özü də dostu haqqında yazılan mənfi rəylərə haqq verirdi? Bəlkə də, səbəb illər əvvəl Amilin Ruhanın yaxasından tutub divara sıxaraq, yumruğunu qaldırdığı o günə dayanırdı.
- Bu həyatda sadəcə sən yoxsan - Amil qışqırmışdı o zaman - hər şey səninlə bağlı deyil. Həmişə özünü düşünürsən. Sən, sənin xəyalların, sənin uğurların, sənin düşüncələrin. Bizim də bir həyatımız var.
O gün Amil Nəzərov Ruhanı sonuncu dəfə görmüşdü. Bir anlıq hirslə dedikləri bəlkə də hər zaman Amil Nəzərovun qəlbini yaraya tökülən duz qədər yandıracaqdı. Axı, o nə biləydi ki, bir müddət sonra Ruhanın bu dünyanı tərk etdiyini öyrənəcəkdi. Həyatda ola biləcək ən mümkünsüz şeylərdən biri o idi ki, Amil dostuna bu sözləri desin və bu da onların son görüşü olsun. Amma, bu ürəyə basılan közə rəğmən ola bilərdi ki, Amil də dostu haqqında belə düşünür?
"Yox, səbəb bu deyil. Ruhan özü də bu söhbətlərə qarışmağın istəməzdi"
- Haqqımda deyilən bütün mənfi fikirlər mənim üçün əyləncədir - bir zamanlar Ruhan belə deyirdi.
Qapı döyüldü və katibəsi hər zamankı işgüzar ədası ilə içəri daxil oldu.
- Amil müəllim, Aida xanım gəlib. Sizinlə danışmaq istəyir.
"Heç yeri deyil"
- İşim var, onu qəbul edə bilməyəcəm.
Amma, bütün çağırılmamış qonaqların mübarizə aparmaq kimi bir xüsusiyyətlər var. Aida izn gözləmədən qapıdan içəri girdi.
- Salam, Amil müəllim, sizi narahat etmək istəməzdim, amma təcili danışmalıyıq.
- Xoş gəlmisiniz, Aida xanım - deyən ofisin sahibi ayağa qalxdı - narahatlıq vermirsiniz, amma mənim başqa görüşlərim var bu gün.
- Başa düşürəm, amma Ruhan...
- Ruhan haqqında hər şeyi sizə danışmışam.
- Bu gün bir məktub almışam. Evdən çıxanda qapının altında tapdım. Buyurun, baxın.
Aida balaca, ağ zərfi elə uzatdı ki, Amil müəllimin kağızı alıb, yazılanları oxumaqdan başqa çarəsi qalmadı.
" Fəlakətdə və görüş yerindəki kəşfimi kəşf edin
İmza: R. M"
- Məncə, R. M Ruhan Muradsoy mənasına gəlir.
Ruhan Muradsoy. Amil müəllim fikrə getdi. İllər sonra Ruhanın dediklərini yenidən anlamağa çalışırdı. Bu dəfə Ruhan ona çox uzaqdan, bəlkə də, başqa bir dünyadan səslənirdi. Ölümündən sonra belə Ruhan onunla əlaqə yaratmağa çalışırdı. Amil Nəzərov bu əminliyinin səbəbini bilmirdi, amma əmin idi ki, bu məktub ona ünvanlanıb.
"Fəlakətdə və görüş yerindəki kəşfimi kəşf edin"

Ölüm sonrası düşüncələr Where stories live. Discover now