On dördüncü fəsil

24 5 1
                                    


Amil Nəzərov sifətini nişan alan tapançanın qarşısında durarkən çarəsizlikdən hiss etdiyi əsəbi bir daha hiss etdi. Bu hiss ona çox tanış idi. Ruhanlı günlərdə Ruhanın həqiqətləri deyən dili qarşısında da belə hiss edərdi.
- Amil Nəzərov, unutdun.
- Nəyi unutdum?
- Ruhanı. Ona verdiyin sözü. Onun yolunu və onun dediklərini - qalın kişi səsi sərt səs tonu ilə danışırdı.
- Unutmadım. Böyük adam oldum. Ruhanın dünyasına sahib çıxdım.
- Unutdun. Amma artıq önəmli deyil. Ruhanı araşdırmayın. Toz basmış səhifələrin yeni dünyamızda işi yoxdur - qaranlıqda üzü görünməyən şəxsin səsi artıq daha təhdid edici olmuşdu.
- Ruhan haqqında bilmədiklərimi bilmək mənim haqqımdır - Amil müəllim demək olar ki, xırıldadı.
- Doğurdan? O zaman sadəcə 8 Apreldə Ruhan Muradsoyun Almaniyadakı villasında keçirilən Marks Wayne-ə dəstək kompaniyasında nə olduğunu araşdır.
- Neçənci il? - Amil müəllim yenə xırıldadı.
- Axmaq-axmaq sual vermə - kişi səsi daha da qalınlaşmışdı - internetə gir və araşdır.

Amil Nəzərov və Nilay onları müşayiət edən tapançaya baxaraq qonaq otağına keçdilər. Amil müəllim, masanın üstündəki kompyuteri yandırarkən diqqət etdi ki, Aida ilə Nuray üçün təyin etdiyi otaqdan da kişi səsi gəlir. Şübhəsiz ki, bu onun gördüyü birinci kölgə idi. Həyat yoldaşının bütün bu səslərə oyanmaması üçün dua edərkən bir yandan da internetə giriş etdi.
"Max Wayne support campaign, Ruhan Muradsoy, 8 April"
Demək olar ki, ilk linkdəcə ona lazım olan bütün məlumatlar yazılmışdı.
- Nə yazılıb?- Nilay soruşdu.
- Oxu - tapançalı əlin sahibi qalın səslə əmr verdi.
- Dünən axşam saatlarında məşhur alim, Dr. Ruhan Muradsoyun şəhərkənarı malikanəsində şəhərin meri olmağa hər gün sürətlə yaxınlaşan Max Wayne-ə dəstək kompaniyası təşkil edilmişdir - Amil Nəzərov oxuduğu mətni Nilay üçün tərcümə edirdi.
- Ruhan o qədər böyümüşdü ki, yəni? Şəhərin merini təyin edəcək səviyyəyə çatıb? - Nilay təəccübünü saxlaya bilmədi.

**************************************
Ruhan otağında oturduğu kreslodan qalxmağa tənbəllik edərək qapıya baxdı. Qapının digər tərəfindən gələn səsləri eşidirdi. Uğultulu söhbət, gülüşlər və toqquşdurulan qədəh səsləri.
- Hamınıza təşəkkür edirəm gəldiyiniz üçün - dostu Wayne-nin səsini eşidərkən yerində azacıq tərpəndi. Əslində, Marksla dost olduğundan belə əmin deyildi. Sadəcə, onun bu dünya üçün nələrsə edə biləcəyinə inanırdı. Ona görə də, onu dəstəkləyirdi.
"Getməliyəm"
Ayağa durmazdan əvvəl Ruhan Muradsoyun son düşündüyü şey bu idi. Güzgünün qarşısına keçərək smokinini düzəltdi. Ümumi zala keçər-keçməz bir neçə fotoqraf kameralarının işıqlarını həyasızca onun qırıq ruhuna və qaranlıq dünyasına saldı. Marks Wayne də onu görən kimi səsini yüksəltdi.
- Günün qəhrəmanı - Ruhan Muradsoy, tam vaxtında gəldin.
- Bu gün mənim haqqımda deyil - deyərək Ruhan ona yaxınlaşıb gülümsədi - sənin haqqındadır. Bizim qəhrəmanımız sən olacaqsan.
- Ruhan Muradsoyun dəstəklədiyi insanı mən də dəstəkləyərəm - əl ağacına söykənmiş yaşlı bankir demək olar ki, qışqırdı.

**************************************
- Şəhərin demək olar ki, bütün elitası ordaydı- Amil müəllim saytda yazılanları oxumağa davam edirdi - Bankirlər, məmurlar, oliqarxlar və şirkət ceo-ları. Ruhan Muradsoy nə qədər də yüksək təvazökarlıq göstərərək arxa planda qalmağa çalışsa da, görünən o idi ki, onu görməyə gələnlər cənab Wayne-i görməyə gələnlərdən daha çox idi.
- Ruhan orda da özünə heyran yığa bilibmiş - Nilay gülümsədi.
- Bunu niyə oxuyuruq? - Amil Nəzərov çevrilərək arxasında duran qaraltıdan soruşdu.
- Oxu - cavab çox qısa gəlmişdi.

**************************************
Ruhan Muradsoy aradan çıxmaq istəyərkən Marks onun qolundan tutdu.
- Hara gedirsən?
- Marks, bilirsən mən elm adamıyam. Nə işim var sənin qonaqlarının yanında. Evimi istədiyin kimi istifadə edə bilərsən. Mənlə işin olmasın.
- Bu insanlar mənə görə gəlməyiblər - deyərkən Marks Ruhana tərəf əyildi - sənə görə gəliblər. Hər kəs sənin bu dünyanı daha yaxşı bir edəcəyinə inanır. Biz birlikdə görünməliyik ki, sənə olan güvən, mənə də olsun.
- Off, bilirsən axı mənim siyasətdən zəhləm gedir - Ruhan şikayət etdi.
Elə bu an içəri girən şəxs bütün qonaqların diqqətini özünə çəkməyi bacarmışdı. Ruhan çevriləndə qarşısında ağ kostyum geyinmiş və başının ön hissəsi keçəlləşməyə başlamış kişini gördü.
- Onu sən çağırmısan? - deyə Marksdan soruşdu.
- Hə, onun da dəstəyini almalıyıq.

Ölüm sonrası düşüncələr Where stories live. Discover now