Onuncu fəsil

23 4 1
                                    


"Ruhan Muradsoy. Bizə onun əliylə dəyişdirilmiş bir dünyanı miras qoyarkən əslində özünə də nakam sevgi və qırılmış ürək qalmışdı. Bəlkə də, bu dahinin dünyanı dəyişdirmək üçün etdiyi hər şey sadəcə bu dünyada Günel adlı bir qızın yaşadığı üçün idi. Heç kimin bilmədiyi, heç kimin tanımadığı bir qız bütün dünyanı dəyişən bir insanın ilham qaynağı ola bilərdimi? Bəs kimdir o? Ruhan Muradsoyun ölməz sevgisi kimdir axı? Bunlar hamısı Ruhan Muradsoyla bağlı yazdığım kitabda öz əksini tapacaq"

Aida indicə bitirdiyi cümlələri təkrar oxuduqdan sonra "paylaş" düyməsini sıxdı. Gülümsədi. Ölməz sevgi hekayəsi bütün insanların hər zaman diqqətini çəkmişdi. İndi geriyə sadəcə o qalırdı ki, Aidanın bəxti gətirsin və hardansa keçmişin səhifələrindən Günel adlı bir qız çıxıb gəlsin.

Nail Məhərrəmov Bakının mərkəzində ən yeni göydələnlərin birində yaşayırdı. Binanın həyəti yaxşı qorunur və binanın girişində kodlu qapılar var idi. Amma mühafizə nə qədər güclü olursa-olsun, istənilən sistemin zəif nöqtəsi mövcuddur. Necə ki, o gecə Nail liftin işləmədiyini anladıqdan sonra qaranlıq pilləkənlərlə qarxarkən kürəyinə bir tapançanın toxunduğunu hiss etdi. Arxadan qəribə bir pıçıltı səsi eşitdi.
- Ruhan Muradsoya xəyanət etdin. İndi də bunun cəzasını ödəyəcəksən.

Səhəri gün ölkə gündəmi yeni bir mövzu ilə dəyişmiş və çalxalanmışdı. Nail Məhərrəmov heç bir səbəb yoxkən bir gecənin içində yoxa çıxmışdı. Bir general hara, kimlər tərəfindən və niyə yoxa çıxardıla bilərdi axı? Məhərrəmovun yaşadığı bina xüsusi qorunurdu. Heç kimə görünmədən içəri keçmək mümkünsüz idi. Hətta, birtəhər binaya yaxınlaşsan belə qapıda ən son texnologiya ilə quraşdırılmış şifrəni keçə bilməzdin. Amma, yenə də necə olursa, Nail Məhərrəmov binadan içəri girmiş, amma evinə çatmadan yoxa çıxmışdı. Bəziləri iddia edirdi ki, bu ermənilərin işidi, bəziləri deyirdi ki, Nail Məhərrəmov dövlətin qara siyahısında olan adam idi və onu dövlət yoxa çıxardıb, bəziləri də diqqəti başqa yönə çəkirdi.
"Adının gizli qalmasını istəyən bir şəxs General Nail Məhərrəmovun yoxa çıxmazdan əvvəl Ruhan Muradsoyun həyatını yazan qızla görüşdüyünü deyib."
Bu xəbərləri oxuduqca Aidanın ürəyi ağzına gəlirdi. Dövlət əhəmiyyətli bir insan onunla görüşdükdən sonra müəmmalı bir şəkildə yoxa çıxmışdı.
"Başım dərddədi"
İstintaq başlansa da, detallar barədə heç kimin məlumatı yox idi. Həmin binada yaşayan hər kəs dindirilmiş və evləri yoxlanılmışdı. Amma Nail Məhərrəmov heç yerdə yox idi. Sanki, heç var olmamışdı.
Aidanın narahatlıq içində evdə oturduğu o səhər qapısı döyüldü. Aida nəinki səhər saatlarında qonaq qəbul etməməyə alışmamışdı, ümumiyyətlə qapısının döyülməsi demək olar ki, heç olmurdu. Aida bütün uşaqlığı boyunca ailəsinin yanından ayrılmağı və tək yaşamağı arzuladığı üçün bu arzusunu reallaşdırdıqdan sonra demək olar ki, tamamilə tək qalmışdı. Atası qızın 14 yaşından sonra mütəmadi olaraq ona təcavüz etməyə başlamışdı. Aida günahkarlıq hisləri içərisində bunu hər kəsdən gizlətmiş, amma uzun illər də o əllər və çirkli nəfəsin ona toxunmasına göz yummalı olmuşdu. Universiteti bitirən kimi işləməyə başlamış və bir az pul yığdıqdan sonra atasının istismarından və anasının görməməzlikdən gəlməsindən canını qurtarmışdı. O vaxtdan bəri isə evindəki səssizliyin içinə dalmış vəziyyətdə yaşayırdı.
İndi isə qapısı əməliyyat masasında kliniki ölüm keçirən xəstənin həyata dönərkən döyünən ürəyi kimi aramla döyünür və səssizliyi pozurdu. Qapını açdıqda isə çöldə yağan yağışdan cücə kimi islanan, Aidanın ən yaxın rəfiqəsi olan Nuray onun boynuna sarıldı.
- Sənə görə çox narahat oldum, Aida. İşdə hamı sənin haqqında danışır.
Nuray və Aida sadəcə dost deyildilər, həm də iş həyatlarının eyni şirkətin eyni otağından davam etdirirdilər.
- Niyə? Nə olub ki? - Aida qısa saçlı Nuraydan ayrılarkən soruşdu.
- Fariz müəllim, məni göndərdi. Deyir ki, Aida bir müddət işə gəlməsin.
- Niyə axı? - Aidanın bu gün işə getmək kimi bir fikri olmasa da, yenə də bu cümləni eşitmək ona qəribə bir şəkildə pis təsir etdi.
- Xəbərin yoxdur, deyirlər general...
- Xəbərim var. Amma mənimlə nə əlaqəsi var? Biz jurnalistik. Hər müsahibə aldığımız insanın təhlükəsizliyi üçün məsuliyyət daşımalıyıq?
- Yox - deyən Nuray arxasınca qapını bağlayıb, özünü Aidanın qonaq otağındakı divana atdı.
- Bəs nə?- Aida da onun qarşısındakı masanın arxasına keçərkən soruşdu.
- Ruhan Muradsoy haqqında danışırıq, xəbərin varsa.
- Yəni?
- Necə yəni "yəni"? Bu adam Azərbaycandan çıxıb, qısa müddətdə bütün dünyaya öz adını eşitdirən, qısa müddət ərzində dünyanı dəyişdirən və müəmmalı bir şəkildə ölən bir insandı. Özün yazmışdın, nə qədər müəmmalı insan olduğunu. Özün yazmışdın ki, heç kim onu yıxa bilməyib. Səncə, sənin bu "əzilməz qayan" özbaşına bu gücü əldə edib? Kim bilir, arxasında kimlər var idi? Ruhan Muradsoy haqqında bir iki cümlə yazdığın üçün bir general səninlə görüşür və ardından da yoxa çıxır. Səncə, bunlar təsadüfdür? Səncə, mənim ağlıma gələnlər istintaqçıların ağlına gəlməyəcək?
- Gəlsin, nə edim yəni? Mənim bir günahım yoxdur. Mən heç nədən qorxmuram.

Aidanın evinin qarşısında dayanan qara mersedesin qapısı açıldı və içindən qara nazik qalstukunu tamamlayan qara eynəkli, qara kostyumlu adam çıxdı. Bu qaralı adam başını qaldırıb, Aidanın pəncərəsinə baxdı.

- Bax Nuray, çox sağol mənə görə narahat olmusan. Amma, ehtiyac yoxdur. Hazır Fariz müəllim də sənə icazə vermişkən, get ailənlə, ərinlə, uşağınla vaxt keçir.
- Heç yerə gedən deyiləm - Nuray ayağını ayağının üstünə aşırarkən cavab verdi - danış görüm, general nə deyib sənə.
- Ay qız, sənin düşündüyün kimi deyil. General Ruhan Muradsoyun ən yaxın dostu imiş.
- Nələr dedi Ruhan haqqında?
- Sevgi həyatı haqqında danışdı. Bunun sevdiyi bir qız olubmuş, sonra ayrılıblar falan filan.
- Çox sıxıcı - deyən Nuray üz-gözünü turşutdu- bəs Amil müəllim? Eşitdim ki, onunla da içdiyiniz su ayrı getmir.
- Şişirtmə. Sadəcə bir dəfə müsahibə almışam. Bir dəfə də birlikdə Elmlər Akademiyasına getmişik. İnanırsan, orda da məni ortalıqda qoyub, getdi - qeybət əhval-ruhiyyəsinə keçən Aida bir az canlandı.
- Ölürəm də, belə bad boy kişilər üçün - Nuray gözlərini qıyaraq cavab verdi - həyatda da şəkillərdəki kimi seksidi?
- Pis deyil. İçki ilə gedər.
Qızların ikisi də qəhqəhə çəkərək güldülər. Amma, elə bu an bütün kiçik ehtimalların bir araya yığışdığı kiçik bir ehtimal daha baş verdi. Qapı döyüldü.
- Kimisə gözləyirdin?- Nuray soruşdu.
- Yox, əslində - deyən Aida qapıya yaxınlaşaraq gözlükdən baxdı - Nuray, inanmayacan, gələn Amil Nəzərovdu.
- Nə? - Nuray həyəcanla ayağa qalxdı.

Qara paltarlı adam tapançasını arxaya sürüşdürdü ki, pencəyin altında görünməsin. Növbəti addımlar Aidanın yaşadığı binaya doğru idi.

- Üzrlü sayın, ev adresinizi CV-nizdən götürdüm - deyən Amil Nəzərov dəvət gözləmədən yanında gətirdiyi qıza yol verərək, onunla birlikdə evə daxil oldu.
- CV-mi hardan tapdınız?
- Bizim işdə bu çox da çətin deyil - Amil müəllim ayaqqabılarını çıxararkən dedi - Sizə Ruhanı yaxından tanıyan bir nəfəri gətirmişəm. Adı....
- Nilay - qız əlini uzadaraq özünü təqdim etdi. Qızın üzündən qəribə bir şəkildə həm yetkin insan zəkası, həm də uşaq məsumluğu yağırdı. Gülən gözlər, ağ dəri, qırmızı çərçivəli eynəklər və yarı dağınıq, yarı səliqəli saçlar.
- Məmnun oldum - sanki Aidanın məmnun olmaqdan başqa çarəsi yox idi.
- Deyəsən, ən yaxın dostum haqqında hamı məndən çox bilir - dedi Amil Nəzərov.
- Sizi görməyə şad oldum - deyən Nuray özünü qabağa ataraq, Amil Nəzərovun əlini sıxdı.
Yeni gələnlər qonaq otağına keçməmiş növbəti dəfə qapı döyüldü.

- Noldu eee day
Aida bu cümləni düşündüyündən daha möhkəm səslə demişdi. Hirslə qapıya tərəf gedib, gözlükdən baxdı. Elə o an üzündəki qan geri çəkildi. Başından aşağı soyuq tər bədənini aldı. Qulağında Nurayın sözləri canlandı.

"Ruhan Muradsoy haqqında bir iki cümlə yazdığın üçün bir general səninlə görüşür və ardından da yoxa çıxır. Səncə, bunlar təsadüfdür? Səncə, mənim ağlıma gələnlər istintaqçıların ağlına gəlməyəcək?"

- Kimdir gələn? - Nuray qışqırdı.
- Nail Məhərrəmovun köməkçi - Aida qapının gözlüyündən qara kostyumlu adama baxarkən cavab verdi.

Ölüm sonrası düşüncələr Where stories live. Discover now