1. KRAL VƏ KRALİÇA

97 4 2
                                    

Yorğanı başımın üstündən çəkib yataqdan oflayaraq qalxdım və çılpaq ayaqlarımı yumşaq xalçanın üstünə qoydum

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yorğanı başımın üstündən çəkib yataqdan oflayaraq qalxdım və çılpaq ayaqlarımı yumşaq xalçanın üstünə qoydum. Hələ də yarı yuxulu olduğum üçün özümə tam olaraq gələ bilməmişdim. Əllərimlə gözlərimi ovuşdurdum və güzgü önündə duran otaq yoldaşıma tərs-tərs baxdım. Yatağımın kənarında uzanan pişiyim isə bütün bu hərəkətliliyə rəğmən şirin yuxusuna davam etməkdə idi. Otaq yoldaşımım səhər tezdən oyanması bəs etmirmiş kimi, məni də tətil günündə istirahətimdən məhrum etmişdi. Yatağımın yanında duran şkafın üstündəki saata baxanda hələ oyanmaq üçün çox tez olduğunu görəndə içdən-içə ah çəkdim.
Dekabr ayı bu gün bitirdi və biz artıq yarı semestrın sonuna gəlib çatmışdıq. Hər tələbə kimi növbəti ayın imtahanlarına qədər enerji yığmaq üçün yatmaq mənim də xəyalım idi. Amma nə mümkün? Otağımda bülbül kimi cəh-cəh vuran bir dostum var ikən mənə yatmaq haram idi. O, arxasını dönüb məni yataqda yarı yuxulu halda oturmuş görəndə gülümsədi və iki əlini yanlara doğru açıb coşqu ilə qışqırdı.
-"Yaşasın! Köləlik müvəqqəti olaraq təxirə salındı!"
Dodaqlarımda yaranan zoraki gülümsəmə ilə ona qarşılıq verdim.
-"Hə, mən də bitdiyinə inana bilmirəm, hər nə qədər gələn ay imtahanlar olsa da."
Əslində New York'da oxumaq düşündüyümdən də çətin olmuşdu. Fərqli bir mühit və insanlar ilə uyğunlaşmaq mənim kimi İran'da doğulub böyümüş bir insan üçün o qədər də asan deyildi. Burada yaşamağımı asanlaşdıran şəxs isə həm qrup, həm də otaq yoldaşım olan Morgan idi. O, doğma-böyümə buralı olduğu üçün mənim yol göstəricim olmuşdu. Morgan orta boylarda cılız bir qız idi. Düz sarı saçları və mavi gözləri vardı. İkimiz də hüquqşünaslıq üzrə təhsil alırdıq və onun məqsədi hər nə qədər irəlidə moda dizayneri olmaq olsa da, valideynlərinin təkidi ilə hələlik bu bölməni oxuyurdu. Mən isə buna əzəldən bəri həvəsliydim, çünki insanlarla, xüsusilə də cəmiyyətimizdəki qadınlarla empatiya qurmaq, onları anlamaq və hüquqlarımızı qorumağı öyrənmək uşaqlıqdan bəri maraq göstərdiyim bir şey idi. Həm də ki, xaricdə yaşamaq arzum məni bu ixtisası oxumağa sövq etmişdi. Belə ki, yaşadığım ölkənin basqısından qaçmaq və xaricdə yaşamaq üçün tək çıxış yolum oxumaq idi. Və çətin də olsa, mən bunu bacardım və üç aydır ki, burada, New York'dayam.
-"Əsas odur ki, bir müddətliyinə asudə vaxt keçirdə biləcəyik."-deyə danışmağa davam etdi Morgan.
-"Və sonra da imtahanları verdiyimizdə keçirdiyimiz boş vaxtlar bir-bir burnumzdan gələcək."
Morgan gözlərini yuxarı çevirdi.
-"Off, çox sıxıcısan, Nisa."
-"Əgər professorumuz indi burda olsaydı, deyərdi ki...."
-"Yaxşı yaxşı, qurtar bunu! Bu qısa tətil çox maraqlı olacaq, inan mənə. Partilər, yaraşıqlı oğlanlar və bol içkilər. Waow! Düşüncesi belə məni dəli edir. Hətta mən elə indidən hazırlaşmağa başlamağı təklif edirəm. High Line'yi eşitmisən heç?"
Sual dolu baxışlarla üzünə baxmağa davam etdim.
-"High Line nədir ki?"
-"Baby, həyatdan bu qədər qopmamalısan. Bu gün dediyim o yerdə yeni il ilə əlaqədar çox böyük bir parti olacaq. İl qurtarır və bütün insanlar bunu qeyd etmək üçün hər il oraya toplaşır."
-"Doğrudan?"
Bunların mənə qəribə gəlməsi çox normal idi. Necə də olsa bizim ölkəmizdə yeni il bayramı qeyd olunmazdı. Çünki bizim inancımıza görə yeni il xristianların bayramı idi, müsəlmanların deyil.
-"Və sən də oraya mənimlə birlikdə gedirsən."-dedi Morgan əlimdən tutub məni zorla ayağa qaldırmağa çalışarkən.
-"Bəlkə bir az daha yataq."-deyə mızmızlandım istəksiz bir halda yataqdan qalxıb.
-"Məzun olduqdan sonra doyunca yatarsan."
-"Amma bunun üçün hələ uzun illər var və ondan sonra da iş tapmaq..."
-"O halda bir sonrakı həyatında istirahət edərsən."-deyə sözümü kəsdi.
-"Morgan!"
Fəqət dostum məni heç dinləmirdi. Öz-özünə nəsə danışaraq otağın içində o tərəf bu tərəfə gəzməyə davam etdi. Sanki bir şeyler axtarırdı.
-"Papağa ehtiyacımız var."-dedi nəhayət şifonerinin önündə duraraq.
-"Və ilin ən yaxşı papağı olmalıdır. Nəysə ki, mən kimi düşüncəli bir dostun olduğu üçün çox şanslısan. Sənin üçün çox möhtəşəm bir papaq dizayn etmişəm."
Morgan şifonerin qapağını açıb bədəninin yarısına qədər oraya soxuldu və paltarlarının içində eşələnməyə başladı.
-"Qutu axı burda olmalıdır. Bura qoyduğuma əminəm. Ah, bingo! Tapdım."
Morgan şifonerin içindən çox heyrətamiz bir papaq ilə çıxdı və mənə göz qırpdı. Ona inanamayaraq baxdım.
-"Mənə güvən. Bu möhtəşəm olacaq. Bunu tax və yoxla. Bəlkə də bu papaq səni kraliça edəcək."
-"Papaqların kraliçasımı?"-deyərək güldüm.
-"Hə, elə bir şey. Şənlikdə bir yarışma olacaq. Ən yaxşı papaq mükafat qazanacaq. Oranın DJ'yi olan dostum mənə hədiyyənin möhtəşəm olduğu sirrini pıçıldadı. Buna görə də ağıllı ol və indi papağı taxıb yoxla."
-"Axı mən ki, hicab taxıram..."-deyərək etiraz etməyə başlamışdım ki, o, sözümü yarımçıq buraxıb məni güzgünün qarşısına sürüklədi.
-"Hicab üstünə də papaq taxmaq mümkündür, canım mənim. Az bəhanə gətir və dediyimi et."

🤲🏻CAN ŞƏNLİYİM🙏🏻Where stories live. Discover now