14. XƏBƏRDARLIQ

20 4 2
                                    

-"Nə etməyə çalışdığını anlamıram

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-"Nə etməyə çalışdığını anlamıram. Maşını saxla!"-dedim qışqıraraq.
Mark məni dinləmirdi. Maşın düz yolla irəliləməyə davam edirdi və mən hara getdiyimizi belə bilmirdim. Üstəlik yanımda birilərindən kömək istəyə biləcəyim bir telefonum belə yox idi.
Mark sanki düşüncələrimi oxuyurmuş kimi,-"Özünü çarəsiz hiss edirsən, deyilmi Nisa?"-deyə soruşdu.
Əsəblə dişlərimi bir-birinə bastırdım.-"Sən xəstəsən! Eşidirsən məni?! Sən xəstəsən! Əsl üzünü Morgan görəndə yanında qalacaqmı sanırsan?"
Mark qəhqəhə ilə güldü. Gülüşündəki vecsizlik çox aydın hiss olunurdu.
-"Morgan mənsiz bir an belə nəfəs ala bilməz. Qaldı ki, yeri gəlsə, sənəmi inanar, yoxsa mənəmi? Sadəcə olaraq indiki məsələmiz bu değil."
-"Nədir məsələ?!"-deyə soruşdum eşidəcəyim cavabdan qorxaraq.
Tam o anda maşın böyük Bruklin körpüsünün altında bir yerdə dayandı. Axşamçağı olduğu üçün ətrafda o qədər də insan görünmürdü, amma bir ehtimal çölə çıxa bilsəm, birilərindən köməklik istəyə bilərdim. Çünki çöldən baxan heç kim mənim içəridə olduğumu görə bilməzdi. Ona görə ki, bu alçaq məxluqun maşınının arxa pəncərələri qara şüşə ilə örtülmüşdü. Özümü ələ almağa və sakitləşdirməyə çalışdım. Kaş yanımda bibər qazı olsa idi. Gözlərinə püskürdüb qaçardım. Özümü sözün əsl mənasında tələyə düşmüş kimi hiss edirdim.
Mark oturduğu yerdə kəmərini açıb mənə tərəf döndü və mən qeyri-ixtiyarı geriyə doğru çəkildim. Şərəfsiz üzümə baxaraq keyiflə güldü.
-"Məndən bu qədər qorxma, fars gözəli. Sənə nəsə etmək istəsəydim, səni buraya yox, heç kimin olmadığı sakit bir yerə aparırdım. Sadəcə söhbət edəcəyik."
-"Nə deyəcəksən de!"
-"Şşşttt, mənimlə danışanda o səs tonunu aşağı sal. Birini gözləyirik. O, gəlsin başlayaq."
Gözlərim ətrafda gəzinməyə başladı.
-"Kimi?"-deyə soruşdum.
Mark cibindən çıxardığı siqaret paçkasından bir ədədini alıb dodaqlarına apardı və alışqan ilə yandırdı. Dərin bir nəfəs çəkdi və qabaq pəncərəni açaraq dumanı çölə üfürdü.
-"Bir azdan görəcəksən."-dedi və siqaretini çəkməyə davam etdi.
Qaçmaq istəsəm də qaça bilməyəcəyimi anladığım üçün susub gözləməyə başladım. Məni öldürüb Bruklin'in dərin sularına atacaq deyildi ki? Əvvəl-axır getməyimə icazə verəcəkdi. Aradan neçə dəqiqə keçdi bilmirəm, amma ön qapının döyülməsi ilə diqqətim pəncərəyə tərəf çevrildi. Mark qapının kilidini açdı və içəriyə girən Lucia'nı görəndə əsəb bütün bədənimi elə keçirtdi.
-"Hi, bitch."-deyən Lucia gülümsəyərək mənə baxdı.
-"Sən?"-deyə pıçıldadım astadan.-"Siz ikiniz nə etdiyinizi zənn edirsiniz? İndi də adam qaçırtmağamı başlamısınız?!"
Ağzımın içində bir neçə söyüş mırıldandım və Lucia şux bir qəhqəhə çəkdi.-"Nc nc nc, bu tərzdə danışmaq sənin kimi dindar bir xanıma heç yaraşmır."-dedi heç nə olmamış kimi rahatca danışmağa davam edərkən.
-"Əslində keçən səfər Robertin evində saçlarımı çəkən qızı xatırlayanda, səndəki gizli potensialı az-çox gördüm və belə bir qənaətə gəldim ki, bu barədə tədbir görmək lazımdır. Odur ki, sevimli qardaşımdan səni mənə gətirməyini xahiş elədim."
Mark'a baxanda onun da çox rahat bir halda oturmağa davam etdiyini görə bilirdim. Hətta bizi çox böyük bir maraq ilə izləyirdi.
-"Qardaşın sənin necə ucuz biz fahişə olduğunu bilir yəni, eləmi?"-deyə soruşduğumda, yanağıma enən şillə ilə başım yana çevrildi.
-"Ah, bu içimdə qalmışdı."-dedi Lucia taxma dırnaqlarına göz ucu ilə nəzər yetirərkən.
-"Sakit ol, Luci. Biz şiddətə qarşı insanlarıq. Dostumuzun bizi yanlış anlamasını istəmərik, deyilmi? Yaxşısan, Nisa?"-deyən Mark arsız-arsız üzümə baxaraq gülürdü.
-"Fu*k you!"-dedim üzünə baxaraq.
-"Waow! Bax bunu heç gözləmirdim."-dedi Mark gülməyə davam edərək.-"Sən də iəliləyiş var həqiqətən də."
-"Hər nəysə. Söhbəti qısa tutacam. Robert məni gözləyir."-deyən Lucia üzünü mənə tərəf çevirdi.
-"Bax, baby. Burası İran deyil, yəqin ki, fərqindəsən. Əgər fərqində deyilsənsə, anlamağına köməklik edə bilərik, no problem. Lakin mən sənə bir şans vermək istəyirəm. Necə də olsa biz ikimiz eyni cinsin nümayəndələriyik. Qısa və öz olaraq deyəcəm ki, mənim Robert ilə olan münasibətimdən uzaq dur. Əks halda heç istəmədiyim şeylər etmək məcburiyyətində qalacam."
Dedikləri məni güldürdü. İkisi də mənə dəli olmuşam kimi baxırdı. İşarə barmağımı qaldırıb ikisinə doğru salladım.-"Siz ikinizin bacı-qardaş olduğu necə də bəllidir. İkiniz də ucuz məxluqlarsınız!"
Sözlərimin Mark'a heç bir təsiri olmadığı kimi, Lucia da sadəcə gözlərini yuxarı çevirməklə kifayətləndi.
-"Mən deyəcəyimi dedim. Gerisi sənə qalmış. Dediklərimi etməsən, cəzasını çəkəcəksən. Mark..."
Gənc adam bacısına baxdı.
-"Kilidi aç."
-"Ok."-deyən Mark maşının kilidlərini açdı.
-"Evinə tək gedə bilərsən deyə düşünürəm. Buradan bir taksi çevir və get, əgər taksiyə verəcək qədər pulun varsa əlbəttə ki. Həm yolda düşünəcək qədər vaxtın da olacaq."
Onun mənə olan təhqiramiz baxışlarını heçə sayıb üzümü üzünə doğru yaxınlaşdırdım.-"Dediklərini edəcəyimi sənə düşündürtən nədir?"
Lucia'nın dodağı yuxarı doğru qıvrıldı.
-"Sən bilərsən. Nə edəcəyimi izlə və gör, bitch."-dedi və mənə göz qırpdı.
-"Morgan'a bu barədə heç nə deməməli olduğunu bildirməyimə ehtiyac yoxdur deyə düşünürəm."
Bunu deyən Mark idi.
-"Dostunun kədərlənməsini istəməzsən, elə deyilmi?"
Onlara iyrənərək baxarkən qapını açıb maşından endim və çölə çıxdım. Mark maşını işə saldı və ikisi birlikdə məni geridə buraxaraq oranı tərk etdilər.
-"Lənətə gəlmişlər!"-deyə öz-özümə deyindim.
-"Allah'ın cəzaları. İyrənc məxluqatlar!"
Ətrafa göz gəzdirdim və yoldan taksi keçib-keçmədiyini görmək üçün qarşıya doğru yeriməyə başladım. Özümü bitkin hiss edirdim və Lucia'nın şillə vurduğu yanağım ağrıdan sızlayırdı.
-"Bunu sizə ödətəcəm!"
Olduğum yer park ətrafı olduğu üçün kənarda olan boş skamyalardan birində oturdum və sakitləşməyə çalışdım. Bu halda evə gedə bilməzdim. Əsəbdən gözlərim dolmuşdu və partlamaq üzərə idim.
-"Offf!"
Başımı önə əyib iki əlimin arasında tutdum.-"Niyə bütün bunlar mənim başıma gəlir axı? Niyə?!"
•••
Orada nə qədər oturduğumu heç bilmirəm, amma evə qayıdanda artıq çoxdan axşam olmuşdu. Kilidi yuvasına salıb evin qapısını açdım və həmişəki kimi məni ilk qarşılayan sevimli pişiyim oldu. Onu qucağıma alarkən salondan Morgan'ın səsini eşitdim.
-"Nisa? Sənmi geldin?"
Sarışını yerə qoyub,-"Hə, mənəm."-deyə cavab verdim.
-"Salona gəl."-dedi Morgan.
Üstümdəkiləri çıxarıb asılqana asdım və salona doğru yeridim. Keyifsiz bir halda içəriyə girəndə məni Morgan'dan əlavə başqa biri daha qarşıladı.
-"Xoş gəldin, gözəllik."-deyən Morgan ayağa qalxdı.
-"Bax gör, burada kim var?"-dedi gülümsəyərək,-"Robert bizi görməyə gəlib, daha doğrusu səni."
Robert də ayağa qalxıb məni salamladı.-"Salam, Nisa. Necəsən?"
Üstümdəki təəccüb hissini yox edib gülümsəməyə çalışdım.
-"Ah! Xoş gəlmisən. Şükür Allaha, yaxşıyam. Sən necəsən? Nə əcəb səndən? Səni burada görməyi heç gözləmirdim doğrusu."
Robert gülümsədi.
-"Keç otur, zəhmət olmasa. Sənə deyəcəklərim var."
Üzümü dostuma çevirib,-"Nəsə olub?"-deyə soruşdum.
Morgan məni yavaşca çiyinlərimdən tutaraq qarşıdakı divana oturtdu.-"Hə, bir şeylər olub və Robert indi sənə nə olduğunu deyəcək."
-"Sözü çox uzatmayacam."-deyən gənc adam əlini pencəyinin cibinə apardı.
-"Deməli belə..."-deyərək cibindən çıxartdığı mobil telefonu masanın üzərinə qoydu.-"Bu sənin telefonundur. Buyur."
Masada duran telefona baxaraq,-"Axı necə?"-deyə öz-özümə sual verərkən, Robert,-"Çantanı oğurlayan oğrunu bu səhər tutdular."-dedi.
-"Hələ də nə olduğunu tam anlaya bilmiş deyiləm."-dedim telefonu əlimə alaraq.
Heç zədələnmiş kimi görünmürdü.
-"Digər əşyaları tapa bilməsək də, telefonu geri ala bildik. Yəqin ki, bunu satmaq yerinə, özü istifadə etmək niyyətində olub, amma az yaşlı olmağı onu ələ verməyə və yerini tapmağımıza çox yardımcı oldu."
-"Onu necə tapdınız ki?"-deyə sual verdim.
-"Polis tanışlarımla əlaqə saxladım və onlar sənin telefonundan naviqator vasitəsilə oğrunun yerini təyin etdilər. Hətta bu səhər yeni qurbanını qəsb etməyə çalışanda polislər onu iş üstündə tutub şöbəyə apardılar...."
-"Lakin yaşı on səkkizdən aşağı olduğu üçün ciddi bir cəza almayacaq."-dedi Morgan heç də razı olmayan səs tonu ilə.
-"Elədir."-deyən Robert onu təsdiqlədi.-"On yeddi yaşına çatmamış gənclərin cəzalandırılmaması istisnadır, bir qayda olaraq onlara dövlət tərəfindən müəyyən qərarlar tətbiq edilir. Artıq dövlət nəzarəti altında olacaq və xüsusi yurdlarından birinə yerləşdiriləcək."
Başımı qaldırıb Robert'in üzünə baxaraq.-"Neçə yaşı var imiş ki?"
-"On dörd."
-"Ümid edirəm bundan sonra ağıllanar."-deyən Morgan ayağa qalxdı və bizə baxaraq,-"Sizə içməyə nə gətirim?"-dedi.
-"Təşəkkürlər, çox qalmayacam."-deyə cavab verdi gənc adam.

"-deyə cavab verdi gənc adam

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-"Bu heç olmadı ki."-dedi Morgan küskün bir halda.
Robert ayağa qalxıb,-"Bir dahaki gəlişimdə artıq."-dedi.
-"Ok. Nisa, Robert'i qapıya qədər ötürərsənmi?"-deyə soruşan dostuma baxdığımda, mənə çox bilmiş bir halda gülümsəyirdi.
Oturduğum yerdən qalxaraq,-"Hə, əlbəttə."-dedim və öndən yeridim. Robert də arxamca gəldi. Qapını açıb ona tərəf döndüm.
-"Hər şey üçün bir daha çox sağ ol. Sənə necə təşəkkür edəcəyimi bilmirəm."
Robert qapıdan çölə çıxmadan öncə üzünü mənə tərəf tutdu və göz qırpdı.
-"Necə təşəkkür etməli olduğunu zamanı gələndə mən sənə deyəcəm."
Müəmmalı cümləsi məni təəccüblə baxmağa məcbur edərkən, o, içdən bir səslə gülüb çölə çıxdı.-"Bu qədər qorxma, Nisa. Səndən edə bilməyəcəyin heç bir şey istəyəsi deyiləm."
Özümü gülümsəyəyə məcbur etdim.
-"Oh, indi rahatladım."-dedim.
Robert başını aşağı salıb güldü.-"Özünə yaxşı bax."
-"Sən də."
Robert arxasını dönüb liftə doğru yeriyəndə onu son ana qədər izləməyə davam etdim. Liftə minib düyməyə basdı və mənə son bir dəfə baxıb gülümsədi. Daha sonra liftin qapıları bağlandı və mən içəriyə geri qayıtdım.
-"Nə yaxşı ki, Yer üzündə Robert kimi yaxşı insanlar var."-deyən Morgan mətbəxin girişində durmuş qollarını bir-birinə çarpazlamışdı.
-"Hə, elədir."-dedim qısaca.
Morgan qaşlarını çatıb yanıma gəldi.
-"Səndə bir şeylər var. Niyə keyifsizsən? Telefonun tapıldı, amma sən sevinmədin belə."
Üzünə baxıb yalandan gülümsədim.
-"Sevindim. Necə sevinmeyim? Sadəcə yorucu bir gün idi və oruc tutmaq da məni ekstra halsız edir. Bir şeylər yeyib dincəldikdən sonra özümə gələrəm."
-"Dəqiq? Məsələ sadəcə budur?"
Morgan şübhə dolu baxışlarla mənə baxmağa davam edirdi.
-"Tanrı eşqinə, Morgan! Başqa nə ola bilər ki?"-deyərək mətbəxə keçdim və o da arxamca məni təqib etdi.
-"Evə də gec gəldin."
-"Bir az gəzmək və təmiz hava almaq istədim."-deyə cavab verdim yalandan.
-"Gəzmək? New York küçələrində? Tək başına və telefonsuz?"
-"Hə, nə olsun ki?"-deyə sual verərkən yeməyimi isti olmağa qoydum.
Morgan yanıma gəlib əlini qaldırdı və alınma qoydu.
-"Qızdırman falan da yoxdur halbuki. Nisa, bunlar heç sənlik hərəkətlər deyil, həm də ki, sən şəhəri yaxşı tanımırsan. Ya yolunu itirsə idin, ya başına bir hadisə gəlsəydi? Mən necə xəbər tutacaqdım onda?"
Gözlərimi yuxarı çevirib işimə davam etdim.
-"Narahat olmağa əsas yoxdur."-dedim üzümü ona tərəf çevirib,-"Həm əminəm ki, Robert telefonumu tapdığı kimi məni də çox rahatlıqla tapardı."-deyərək güldüm.
-"Ha ha ha! Çox gülməlidir."
-"Məncə gülməlidir."-deyib isitdiyim yeməyi masaya qoydum və stulu çəkib oturdum.
-"Sən ac deyilsən?"-deyərək başımı qaldırıb dostuma baxanda, onun əli ilə burnunu tutduğunu gördüm.
-"İlahi! Bu yeməyin içində nə var belə?"-dedi üzündəki iyrənmə görüntüsü ilə.
Boşqabı əlimdə tutub burnuma apardım və iylədim.-"Nə var ki? Yenicə bişmiş toyuq əti və spagettidir. Səni nə narahat etdi ki?"
Başını yuxarı qaldıran Morgan,-"Ah! Bilmirəm, amma bir az daha burada qalsam, qusacam. Odur ki, mən otağıma gedirəm. Sənə nuş olsun."
-"Morgan..."-deyə arxasından səsləndim.
O, isə məni dinləmədən mətbəxi tərk etdi və sürətli addımlarla otağına girib qapını arxadan örtdü.
-"Görəsən, qripmi olur? Halbuki havalar da artıq o qədər də soyuq deyil."-deyə öz-özümə pıçıldadım və yeməyimi yeməyə davam etdim.
•••
Telefonun budilniki çaldı və yuxulu bir halda əlimi yastığımın altına aparıb onu tapmağa çalışdım. Yarı yuxulu başımı qaldırıb telefona baxdım və sübh namazı vaxtı olduğunu gördüm. Yorğanı üstümdən çəkib atdım və ayağa qalxıb çılpaq ayaqlarımı taxta zeminin üzərinə qoydum. Əsnəyərək qapıya getdim və çölə çıxdım. Gözlərimi ovuşduraraq vanna otağına girib işığı yandırdım və aynadakı yarı yuxulu görünüşümə baxdım.
Ruh kimi görünürdüm.
Ayaqyolunda işimi bitirdikdən sonra istifadə etdiyim tualet kağızını zibil qutusuna atmaq üçün qabın qapağını açdım. Tam zibili atmaq istəyəndə gözümə ilişən bir şey diqqətimi çəkdi və daha dəqiq görmək üçün gözlərimi qırpışdıraraq zibil qabına doğru əyildim.
-"Bu nədir ki, belə?"
Əlimdəki tualet kağızı ilə qutunun içindəki çubuğu əlimə götürüb doğruldum. Gördüyüm şeyin ilk başda nə olduğunu anlamasam da, bir neçə dəqiqə sonra dərk etdiyim şey ilə əlimi heyrətdən açılan ağzıma doğru apardım.
-"Aman Allahım!"
Əlimdə tutduğum şey hamiləlik testi idi və üzərində iki qırmızı xətt vardı.

🤲🏻CAN ŞƏNLİYİM🙏🏻Where stories live. Discover now